Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakının su altda qalma təhlükəsi yoxdur”

Alim-ekoloq Telman Zeynalov: “Bu cür iddiaları alimlər yox, kommersantlar yayır


ABŞ Milli Elmlər Akademiyası iqlim dəyişikliyi ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, dünyada dəniz suyunun səviyyəsi hər il 3 millimetrədək artır. ABŞ alimlərinin dediyinə görə, əgər proses bu cür davam etsə, illik artım 2100-cü ildə 10 millimetrə qədər çoxala bilər.

Beləliklə əsrin sonunda dəniz səviyyəsinin yüksəkliyi 66 santimetrə çatacaq. Hesabatda  da bildirilib ki, mövcud vəziyyət gələcəkdə sahildə yerləşən şəhərlərin su altında qalma riskini artırır.

Qeyd edək ki, bundan əvvəl də dünya alimləri həyəcanlı siqnal verərək, sahil ətrafında yaşayan şəhərlərin su altında qalacağı ilə bağlı proqnozlar vermişdi. Hesablamalara görə, 2100-ci ildə İstanbul da daxil olmaqla, dünyadakı bir çox mühüm şəhər tamamilə, ya da qismən sular altında qalacaq. ABŞ-ın Kolorado, Cənubi Florida və Old Dominion universitetlərindən olan bir qrup alim xüsusi peyklər vasitəsilə 1992-ci ildən bu günə qədər qlobal dəniz suyunun səviyyəsinin artımını müşahidə ediblər.

Məlum olub ki, 1990-cı illərdə qlobal dəniz səviyyəsi orta hesabla 2,5 millimetr yüksəlirdisə, bu gün bu göstərici 3,4 millimetrə qədər çoxalıb. 2015-ci ildə də bu mövzu dəfələrlə gündəmə gəlib, bir sıra elmi araşdırmalar aparılıb. NASA-nın açıqlamasına görə, suyun səviyyəsinin artmasına istixana qazları da təsir edir. Mütəxəssislərin fikrincə, suyun səviyyəsi iki səbəbdən artır. Birincisi, qlobal istiləşmə, ikinci isə atmosferdəki istilik səbəbindən Antarktida və Qrenlandiya kimi böyük buz kütlələrinin sürətlə əriməsidir. Bundan başqa, vulkan aktivliyi də suyun səviyyəsinin artmasına səbəb olan amillərdən sayıla bilər.

ABŞ-ın Florida ştatının Mayamı şəhəri ilə bağlı artıq həyəcan siqnalı çalınmaqdadır. İddialara görə, suyun səviyyəsinin qalxması üzündən gəmilərin bu şəhərə yan alması mümkün olmayacaq. Bu səbəbdən artıq Biskeyn körfəsi boyunca yerləşən Mayami Biç şəhərinin suyun qarşısını almaq üçün küçələrin səviyyəsi qaldırılır, nasoslar və digər qurğular yerləşdirilir. Bütün bunlar baha başa gəlir. Mayami şəhərinin ictimai işlər üzrə direktoru Erik Karpenter sakinlərin daşqınların zərərinin azaldılması üçün milyardlarla dollar vəsait sərf etdiklərini deyir. “Xoşbəxtlikdən bu işlərə böyük məbləğdə pul xərcləyən şəhər sakinlərimiz bir iş görməməyin daha baha  başa gələcəyini anlayır” - deyib.

Azərbaycanın paytaxtı Bakı da Xəzərin sahilində yerləşir. Bəs paytaxtımızı da bu cür təhlükə gözləyirmi?

Mövzu ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a danışdı: “Bu cür iddiaları ancaq hədə-qorxu gəlmək, öz məqsədlərinə, oyunlarına çatmaq üçün alimlər deyil, kommersantlar yayır. Əvvəlcə bildirdilər ki, karbon qazının artması iqlim dəyişikliyinə səbəb olub. Halbuki, karbon qazı bizim həm sağlamlığımıza köməklik edir, həm də yaşıllığı, məhsuladrlığı artırır. İndi də iddia edirlər ki, guya buzlaqlar əriyir, sahil şəhərləri, o cümlədən ABŞ, İstanbul və digər şəhərlər suyun altında qala bilər. Bütün bunlar yanlış fikirdi, onlara inanmayın. Bu günlərdə Rusiya iki yeni nəhəgn atom sualtı gəmisi suya buraxıldı. Bu gəmilər əsasən buzlaqlarda gəzir. Deməli, buzlaqlar ərimir, əgər bu cür gəmilər istehsal edilirsə. Bəzən də deyirlər ki, 30 ildən sonra dünya ölkələrində, o cümlədən Azərbaycanda su qıtlığı olacaq. Amma hamı bilir ki, ölkəmizdə 9 iqlim qurşağı var. Yəni ölkəmiz heç vaxt su qıtlığı ilə üzləşə bilməz. Bütün bunlar yanlış fikir və şayiədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar