Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakının içməli su ilə təminatı yaxşılaşır” - İlham Əliyev


“Son illər həm Bakıda, həm də demək olar bütün regionlarda içməli su layihələri uğurla icra edilir. Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır və hələ gələcəkdə görüləcək işlər çoxdur”


APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirakı zamanı deyib.
 
Prezident bildirib ki, Pirallahıya çəkilən 80 km uzunluğunda su xətti böyük vəsait tələb edən layihədir: “Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda Xəzər rayonunun Zirə və Türkan qəsəbələrinə xətt çəkilib. Bir neçə il əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilmişdi ki, bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur”.
 
Azərbaycan prezidenti qeyd edib ki, həm Gürgan, həm də Pirallahı qəsəbələrinə içməli təmiz su veriləcək: “Bu, çox böyük hadisədir. Burada yaşayan insanlar çox yaxşı bilirlər ki, burada içməli su problemi insanları həmişə çox narahat edirdi, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir. Bu, çox iri, böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlara təmiz içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar