Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakının Dilqəm Əsgərov məsələsində müdaxiləsi sıfıra bərabədir”



“Azərbaycanın hüquqi baxımdan Dilqəm Əsgərovla bağlı məsələyə müdaxiləsi sıfıra bərabədir”


PİA.AZ bildirir ki,bunu Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu həmyerlimiz Dilqəm Əsgərovun Rusiyaya ekstradisiyası ilə bağlı danışırkən bildirib.
 
“Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Azərbaycanın hüquqi baxımdan bu məsələyə müdaxiləsi sıfıra bərabədir. Çünki o, Azərbaycan vətəndaşı deyil. Burada Rusiya öz vətəndaşının taleyini müəyyənləşdirməlidir”.
 
Onun sözlərinə görə, qondarma məhkəmə prosesinin keçirilməsinə, onların Azərbaycanın işğal olunmuş ərazilərində saxlanılmasına baxanda Rusiya faktiki olaraq biganəlik göstərdi:
 
Avropada, Amerikada Rusiya vətəndaşına bir şey olanda Rusiyanın həm dövlət, həm də hüquq mühafizə orqanları faktiki olaraq şivən qoparırlar. Bu bir daha onu göstərdi ki, Rusiyada etnik ayrıseçkilik, insanların milliyətinə görə yanaşma müxtəlifliyi var. Amma məsələnin hər halda hüquqi tərəfi mövcuddur. Əgər Rusiyada olan Azərbaycan icmaları bu məsələnin üstünə düşsə, əminəm ki, o zaman Dilqəmin Rusiyaya ekstradisiyası mümkündür”.
 
Politoloq qeyd edib ki, bu yaxınlarda Azərbaycan tərəfi siyasi iradə nümayiş etdirərək humanist addım atdı və 6 nəfər erməni ailəsini Ermənistana qaytardı:
 
“Fikrimcə, bu gün Azərbaycan beynəlxalq aləmə də açıq şəkildə tələb irəli sürə bilər ki, bizim xoş məramlı jestimiz müqabilində Ermənistana qarşı təzyiqləri gücləndirsin və əsrlərin hamının-hamıya formatı üzrə mübadiləsi baş tutsun. Çünki dövlətlərin siyasətindən insanların əziyyət çəkməsi yolverilməzdir. Bu, ümumbəşəri dəyərlərə, müasir dünyasnın qanunlarına ziddir”.  
 
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcəklərini bildirib.
 
Onu da qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. H.Həsənov qətlə yetirilib, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar