Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakıdan nümunə götürməliyik“



“Əvvəlki rəhbərlər kimi Dağıstanın indiki başçısı da Rusiya Prezident Administrasiyası başçısının müavinidir. Abdulatipovun gəlişi ilə yenilənmə, təmizlənmə və islahatlar xətti əsas götürülüb. Lakin son hadisələrlə bağlı yaranan iqtisadi çətinliklər Dağıstan rəhbərliyinin nəzərdə tutduğu işləri tam şəkildə həyata keçirməyə imkan vermir. Razılaşın ki, son 2 ildə, bu isə az müddətdir, köklü dəyişikliklərə nail olmaq çox çətindir. Yeni komandanı yaratmaq üçün vaxt lazımdır. Axı ölkənin bütün siyasi sistemi dəyişib?!”


Bu sözləri Rusiyanın hakim Vahid Rusiya Partiyasından olan deputat Məmməd Abbasov virtualaz.org-a geniş müsahibəsində deyib. 

Onun sözlərinə görə, Dağıstandakı əvvəlki sistem köhnəlib: 

“Yeni rəhbər kadr dəyişikliklərinə başladı. Elə məmur vardı ki, on illər idi vəzifə daşıyırdı. Bu yaxınlarda Dərbənddə oldum. Yeni rəhbərlərlə görüşdüm. Onlar Abdulatipovun tapşırıqlarını yerinə yetirməyə çalışırlar. Xüsusən Cənubi Dağıstandakı vəziyyəti ciddi nəzarətdə saxlayıram. Orada heç bir gərginlik yoxdur. Dövlət maşınına qarşı getmək olmaz. Bu məsələyə şəxslər və ya millətlər arasındakı münasibətlər prizmasından da baxmaq olmaz. Axı bu vəzifəyə azərbaycanlını təyin ediblər”.

M.Abbasov rəsmi Bakı ilə əlaqələrdən də danışıb: 

Azərbaycan-Rusiya münasibətlərinin istiqaməti yaxşıya doğru dəyişib. İki ölkənin rəhbəri arasındakı münasibətlər daha yüksək səviyyəyə - etimad səviyyəsinə qalxıb. Bunları nəzərə alaraq mən hər gün təşkilatın saytına baxıram. Orada qarşılıqlı münasibətlərə zərər vura biləcək şərhlərin yer almamasına şəxsən nəzarət edirəm. 

Biz iki xalqın yaxınlaşmasında həddən artıq çox maraqlıyıq. Biz bugünkü Azərbaycandan nümunə götürməliyik. Hər dəfə Bakıya gedəndə yeni dəyişiklik görürsən. Bu, iqtisadi möcüzədir. Digər dövlətlərin başçılarının da öz ölkələrini inkişaf etdirmək üçün ehtiyatları və imkanları var. Lakin onlar bunu etmirlər. Azərbaycanın rəhbəri isə öz ölkəsinin inkişafını təmin edib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar