Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakıda erməni, erməni əsillilər yoxdur?”


Mirvari Orucova: “Qoy qayıdıb gəlsin, hökumət ona nə cəza verəcəksə, çəksin”


Ailəsi ilə birgə Ermənistana keçərək sığınacaq istəyən Cavid Orucov geri dönmək fikrinə düşüb.

Virtualaz.org-un məlumatına görə, bu haqda o, İrəvanda BBC-nin yerli müxbirinə verdiyi müsahibədə bildirib.

C.Orucovun anası Mirvari Orucova isə “Yeni Müsavat”a açıqlamasında oğlunun geri dönmək istəyinə belə reaksiya verib:

“Qoy qayıdıb gəlsin. Hökumət ona nə cəza verəcəksə, çəkib burada, öz vətənində həyatını yaşasın. Bilmirəm ona kim nə deyib, o niyə Ermənistana gedib? Qalıb burada hamı kimi həyatını yaşayardı”.

M.Orucova deyib ki, oğlu Ermənistana getməzdən əvvəl Norveçdə yaşayıb: “Onun həyat yoldaşının babası erməni olub. O da deyir ki, bunu Bakıda bilsələr, onlara yaxşı olmaz. Buna görə də Ermənistana gediblər. Mən bundan oğlum oraya gedəndən sonra xəbər tutdum. Biz dövlətimizə bağlı ailəyik. O niyə belə edib, bilmirəm, qayıdıb gəlsin. Bakıda erməni, erməni əsillilər yoxdur?”

M.Orucova deyib ki, oğlu Bakıda konkret heç bir işlə məşğul olmayıb. 2001 və 2003-cü illərdə Rusiyada yaşayan C.Orucov sonradan Norveçə köçüb: “Oraya 2013-cü ildə gediblər və deportasiya olunublar. Bundan sonra Azərbaycana qayıtdılar. Burada işsiz idi. Biz ona kömək edirdik. Mənim Caviddən başqa da oğlum var. Başını aşağı salıb işi ilə məşğuldur. Qayıdıb gəlsin”.

Ermənistan mətbuatının yaydığı məlumata əsasən, guya Cavid Orucov həyat yoldaşının erməni milliyyəti ilə qarışığı olması səbəbindən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən incidilib və müəyyən maraqlar üçün istifadəyə məcbur edilib. Rəsmi statistikaya görə, bu gün Azərbaycanda 30 minədək erməni əsilli vətəndaş yaşayır. Lakin onların milli mənsubiyyətlərinə görə incidilməsi və ya ayrı-seçkiliyə məruz qalması ilə bağlı bu günədək hər hansı fakt yoxdur.

M.Orucova deyib ki, gəlininin nə milliyyəti, nə başqa xüsusiyyəti onu maraqlandırıb: “Sadəcə, insan kimi yaxşı insan olub. Onun atası şuşalıdır. Anasının bir tərəfi polyak yəhudisi, bir tərəfi ermənidir. Amma nə mən, nə qohumlar heç kim onu erməni adı ilə tanıyıb və incitməyib”.

C.Orucovun ailə üzvləri ilə birgə Ermənistana getmələrində məqsəd Azərbaycan vətəndaşlığından imtina edərək Ermənistan vasitəsilə üçüncü ölkədə sığınacaq almaq istəyidir. 

Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar