Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Moskva və Parisin planını pozur”


“Qarabağla bağlı əsas oyunu aparan Rusiya və Fransadır”


Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. 

Politloq bildirib ki, hazırda Qarabağla bağlı bütün məsələlər üzrə Moskva və Parisin xətləri kəsişir:

ABŞ isə arada qalmış bir tərəf kimi vurnuxur və konseptual bir şey ortaya qoya bilmir. Üstəlik, yeni Amerika administrasiyasının timsalında bu məsələlər daha qeyri-müəyyən görünür. Belə bir şəraitdə danışıqlardan qaçan Ermənistan təqsirləndirilmir. Ona görə də Azərbaycan Minsk Qrupu formatının dəyişdirilməsi və danışıqlara vasitəçilik missiyasını BMT-nin öz üzərinə götürməsini gündəmə gətirməlidir. Yəni danışıqların ATƏT çərçivəsindən çıxarılması Bakının tələbləri sırasında yer almalıdır. Bu, danışıqlar prosesindəki ikili satandartlara son qoymaq üçün də müəyyən perspektivlər aça bilər”.

Politoloq hesab edir ki, Azərbaycan müharibəyə ciddi surətdə hazırlaşmaqla yanaşı, beynəlxalq praktikada sülh ritorikası və bu zəmində Ermənistanın danışıqlardan yayınmasını xüsusi qabartmalıdır:

“Faktdır ki, Ermənistana qəyyumluq gah silah satışı, gah da aqressora bir növ tərəfdaşlıq şəklində təzahür edir. Çünki nə BMT, nə də ATƏT səviyyəsində erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması fikirlərinə tamamilə rast gəlinmir. Deməli, Bakı siyasi manevrlərə əl atmalıdır. Bu, həm məsələnin canlanmasına xidmət edəcək, həm də sülh istəyimizi ortaya qoyacaq. Azərbaycan bunu da əsaslandırmalıdır ki, əgər beynəlxalq təşkilatlar bu cür susmağa davam edərsə, onda müharibə variantı işə düşəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar