Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Ekspo 2025” Davosda təqdim edildi - Fotolar


Yanvarın 23-də Davosda “Bakı Ekspo 2025”-in təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi şəhərin müxtəlif guşələri “Bakı Ekspo 2025”-ə həsr olunan poster və banerlərlə bəzədilmişdi


AzVision.az xəbər verir ki, “Bakı Ekspo 2025”-in Davosda keçirilən təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başlayıb.

Sonra çıxış edən “Bakı Ekspo 2025”-in işçi qrupunun rəhbəri Elçin Əmirbəyov bildirdi ki, Ümumdünya Sərgisi Dünya İqtisadi Forumu kimi fikirləri bölüşmək üçün dünyanı bir araya gətirən vacib platformadır. “İnsan kapitalının inkişafı insanlara texnoloji və fərdi keyfiyyətləri yaxşılaşdırmaq imkanı verir”, - deyən işçi qrupunun başçısı vurğuladı ki, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür və qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizdə son illərdə bir sıra dünya əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bu baxımdan “Bakıda Ekspo 2025”-in keçirilməsi üçün hər cür şərait və infrastruktur var.

Daha sonra “Bakı Ekspo 2025”-in təqdimatına həsr olunan film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verildi.

Təqdimat mərasimi böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”-dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

AzərbaycanBakı Ekspo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.











pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar