Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Çinar Soyuducuları” zavodunun direktoru istintaqa cəlb olunub?


“Araz Mehdiyevlə Rasim Əsədovun ortaq zavodu maliyyə maxinasiyaları üçün vasitə olub”


Bir müddət əvvəl saytımızda dərc olunan məlumatda bildirilirdi ki, hüquq elmləri doktoru, “Putinin dostu” kimi tanınan İlham Rəhimovun kürəkəninə bağlı “Baktel” şirkətinin bank hesablarına Vergilər Nazirliyi tərəfindən sərəncam qoyulub. 

Bu şirkətin dövlətə nə az, nə çox, düz 200 milyon borcu yaranıb. Yəni şirkətin sahibləri vaxtı ilə kimlərəsə görə qeyri-qanuni 18 faiz ƏDV-dən azad olunduqları üçün milyonlara sahib olub “Bentley” avtomobillərində gəzirlər.

ilham-rehimov

Hətta özlərinin şəxsi təyyarələri də var. Ancaq bu gün, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində bəlli olub ki, Baktel şirkəti 200 milyon manatlıq vergidən yayınıb. Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən “Baktel” şirkətinin icraçı direktoru Elçin Zaur oğlu Mansurov saxlanılsa da, sonradan bir qrup şəxs tərəfindən istintaqın gedişatına maneə törədilib və Elçin azadlığa buraxılıb. Əldə etdiyimiz digər məlumata görə, əslən Qazax rayonundan olan Elçin Mansurov “Bakı Çinar Soyuducuları” zavodunun direktoru vəzifəsini də icra edir.

12647744_1673829032876967_307623689_n (1)

Bütün bu faktlar bizə maraqlı gəldiyi üçün, biz jurnalist araşdırması apardıq və bizə məlum oldu ki, “Baktel” şirkətinin digər sahibi keçmiş DİN başçısı mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovdur. Yəni, bu şəxs bilavasitə 200 milyon manat pulun vergidən yayınmasında cavabdeh olan şəxsdir. Maraqlıdır ki, elə yüksək istehsal səviyyəsi və işgüzarlıq keyfiyyəti nümayiş etdirməyən, daim müştərilər tərəfindən qınaq obyekti olan “Bakı Çinar Soyuducuları” zavodu hansı məziyyətlərə görə “seçilən status”unu qazanıb? Və göstərilən dəstəyi, dövlət qayğısını hansı istiqamətdə istifadə edib? 


Mənbə bildirir ki, guya yerli sənayenin inkişafına “töhfə” verən bu şirkətin əsas funksiyası Araz Mehdiyev və R.Əsədovun idxal-ixrac əməliyyatları və pulköçürmə işlərində yardımçı olmaqdır, keyfiyyətli soyuducu istehsalı isə artıq ikinci plana keçib.

10155687_668830869820369_5348097275322271486_n

Məlumat üçün bildirək ki, Baktel şirkəti “Azercell” şirkətinin alt distribüterlərindən biridir. Hər gün “Baktel” “şirkəti Azercell” şirkətindən kontur alaraq öz müştərilərinə paylayır və Azercell-ə pulu köçürmə yolu ilə yox, nağd şəkildə ödəyir. Çünki Vergilər Nazirliyi “Baktel” şirkətinin bank hesablarına sərəncam qoyub. Vaxtı ilə MTN-ə güvənən bir çox şəxslərin qaranlıq işləri hələ indilərdə üzə çıxır. Ötən il dekabrın 30-da Qafqaznews.Az saytında “İlham Rəhimovun kürəkəninə məxsus olan şirkət 200 miliyonluq vergidən necə yayınıb?” başlıqlı yazı dərc olunmuşdu.

Baktell-225x300

Məqalədə deyilirdi: “Redaksiyamıza daxil olan məlumata görə, “Baktel” şirkətinin bank hesablarına Vergilər Nazirliyi tərəfindən sərəncam qoyulub. Bu şirkətin dövlətə nə az, nə çox – düz 200 milyon borcu yaranıb. Biz Vergilər Nazirliyinin bu məsələdə araşdırma aparıb-aparmadığını rəsmi olaraq dəqiqləşdirməyə çalışdıq. Doğrudanmı, prokurorluq orqanları bu fakt üzrə cinayət işi başlayıblar? Cavab almaq üçün, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. “Mən sizə tövsiyə edirəm ki, bu məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinə zəng edəsiniz”, – deyə E.Sultanov bizə istiqamət verdi.

Biz də bu tövsiyədən yararlanaraq, Vergilər Nazirliyinin mətbuat xidmətinə zəng etdik. “Mənə bu barədə heç nə məlum deyil. Yarım saat sonra zəng edin. Öyrənərəm və sualınıza cavab verərəm”, – deyə Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov Qafqaznews.az-ın sualına cavabında deyib. Amma təəssüf ki, nə yarım saat, nə bir saat sonra biz Şahin müəllimlə əlaqə yarada bilmədik. O, sadəcə dəstəyi qaldırmırdı...(Qafqaznews.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar