Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı-Tiflis-Qarsın alternativi yoxdur”


Putinin açıqlamasına reaksiyalar gəldi


Deputat və sabiq nazir səbəbləri açıqladılar...

“Çindən Avropaya yeni dəmiryolunun istifadəyə verilməsi RusiyaQazaxıstanın sənaye və logistikasına müsbət təsir edəcək”. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin RusiyaQazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı söyləyib.

“Mən Nursultan Nazarbayevin Çindən başlayaraq Avropaya gedəcək dəmiryolunun tikintisi ilə bağlı fikirlərinə qatılıram. Bu bir çox sənaye sahələrinin inkişafına səbəb olacaq”, - deyə o bildirib.

Nazarbayevin belə bir ideya irəli sürməsini və Putinin dəstəkləməsini bəzi media orqanları onların 30 oktyabrda istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiryoluna alternativ xətt yaratmaq planı kimi şərh ediblər. Bəs əslində belədirmi?

Deputat Zahid Oruc bildirdi ki, bəzi media orqanları xeyli vaxtdır başlanan layihənin mövcud olduğunu və bir sıra gerçəklikləri göz önünə gətirmədən bir qədər tələskən və aşırı reaksiyalar veriblər: “Buradan çıxarış edərək Qazaxıstan prezidenti cənab Nursultan Nazarbayevi Azərbaycanın mühüm transmilli layihələri əleyhinə mövqedə günahlandırmaq çox yanlış olar. Çin tərəfi bir neçə ildir mühüm strateji layihənin həyata keçirilməsinə başlayıb. Onu obrazlı şəkildə "bir qovşaq-bir kəmər, bir yol" layihəsi adlandırıblar. İlkin olaraq həmin planın gerçəkləşməsi üçün də 1,6 milyard dollar vəsait ayrılıb. Onun mühüm bir hissəsi Qazaxıstana qoyulur. 300 milyon dollardan artıq hissəsi Qazaxıstan tərəfə xərclənəcək. Çin son dərəcədə çalışır ki, beynəlxalq kommunikasiya xətlərinə çıxışını gücləndirsin. Dünya daşımaçılığında özü üçün qısa yol müəyyənləşdirsin. Həm də burada effektivliyi artırsın. Çünki beynəlxalq rəqabətdə bu ölkə çox geri qalır. ABŞ və Çin arasındakı rəqabətdə baxmayaraq ki, ümumi daxili məhsulun artımı Çinin xeyirinə dəyişib, bununla bərabər müxtəlif iqtisadi sferalarda gerilik 10 dəfələrlə ölçülür.

Çin çalışır ki, ən azı, Avropa bazarlarına çıxışda ABŞ-la rəqabətdə çəkili bir səviyyəyə gəlib çatsın. Ona görə də Bakı-Tiflis-Qars layihəsi bundan sonra da ərsəyə gələcək digər marşrut xətlərinə nə alternativdir, nə onların varlığına mane olası deyil. Əksinə, bir sıra hallarda köməkçi mövqedədir. Əvvəla, öndədir, çünki gerçəkliyə çevrilmiş bir layihədir. Artıq indiki reallıqda Çin Avropa məkanına 240 milyon tondan çox yük göndərir. Bu maddi ölçüdə 500 milyard dollardan artıq vəsait deməkdir. Azərbaycan isə belə qlobal iddiada deyil. İlk dövr üçün 17 milyon ton yükün daşınacağı bəyan olunur. Bunun toplanması üçün mənbələr də yetərincə çoxdur. Bu aralıqda əgər İran tərəfindən, xüsusilə də Hindistandan gələn yüklər də reallaşmış olsa cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada artıq Bakı-Tiflis-Qarsla onların hər hansı bir nöqtədə birləşməsi mümkün olacaq. Gördüyünüz kimi, Qazaxıstanın baş naziri də 30 oktyabrda Bakıya BTQ-nin açılışı tədbirinə gəlmişdi və orada çıxışı zamanı qeyd etdi ki, onlar Azərbaycanın bu layihədə iştirak eləməsinə böyük önəm verirlər. Onsuz da faktiki olaraq bu gün Qərblə Şərqi birləşdirmək ideyasına çoxları malikdir. Amma şimalla cənub istiqamətində işlər üçün isə qovşaq mütləq Azərbaycan olacaq. Çünki bizim coğrafi mövqeyimiz bu imkanları yaradır".

Deputatın sözlərinə görə, başqa bir mühüm məqam bundan ibarətdir ki, “Rusiya kənarda qalsın” mövqeyini qətiyyən Azərbaycan seçməyib. Ancaq o da reallıqdır ki, Avropa dövlətlərində bu siyasət güclü şəkildə qalmaqdadır: “Bu gün Vladimir Putin hər hansı bəyanatlar səsləndirsə də reallıq ondan ibarətdir ki, ABŞ-ın Transatlantik ticarət layihəsi Rusiyanın mövqelərinin sarsıdılması və onun bazarlardan çıxarılması strategiyasıdır. Bu planı ABŞ həyata keçirməkdədir. Ona görə də buradan dərhal nəticə çıxarmaq ki, "Bakı-Tiflis-Qars kənarda qalacaq, Çinlə Rusiya ona alternativ yaradırlar" - bu, yanlışdır. Bakı-Tiflis-Qars çox uğurla işləyəcək. Yetər ki, qarşıda qoyulmuş mühüm vəzifələrə əməl olunsun, qarşıya qoyulmuş bir sıra məsələlər həll edilsin".

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə bildirdi ki, bundan sonra Şərqlə-Qərbi birləşdirəcək heç bir yol Azərbaycan üzərindən keçərək Qərbə istiqamətlənən Bakı-Tiflis-Qars dəmir yolundan qısa ola bilməz: “BTQ dəmir yolu bu istiqamətdə ən qısa və elə bu səbəbdən də iqtisadi cəhətdən ən səmərəli dəmir yoludur. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Çindən başlayaraq Avropaya gedəcək dəmir yolunun tikintisi ilə bağlı təşəbbüsü isə ilk növbədə öz ölkəsinin iqtisadi maraqlarına xidmət edir. Bu gün Çində istehsal olunan yüz milyardlarla dollar dəyərində malların qərbə çatdırılması çox uzun su yolu ilə həyata keçirilir. Bu böyük vaxt itkisi deməkdir. Vaxt itkisi isə vəsaitlərin dövriyyəsinin ləngiməsi və bu səbəbdən mənfəət itkisi deməkdir. Qazaxıstan üzərindən keçməsi nəzərdə tutulan dəmir yolu bir növ qədim İpək yolunun şimal xəttinin bərpası demək olacaq. Bu yolun Bakı-Tiflis-Qars dəmir yoluna rəqabət aparması ilk növbədə onun uzunluğu səbəbindən real deyil. Digər tərəfdən isə nə bu yol, nə BTQ dəmir yolu və ya çəkiləcək başqa bir dəmir yolu Çindən qərbə daşınacaq yüklərin öhdəsindən gələ bilməyəcək. Çinin xarici ticarət dövriyyəsi 4 trilyon ABŞ dollarına  yaxındır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar