Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi” - Prezident


“Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur. Əvvəl olduğu kimi 30-35 gün əvəzinə hazırda bu yola iki həftə sərf olunur”


Bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir. “Biz bu istiqamətdə hələ də işləyirik. Gələcəkdə neft və qaz olmayacaq, onlar bir gün bitəcək. Gələcək innovasiya, yaxşı idarəçilik, effektivlik, menecment, şəffaflıq və sahibkarlığa dövlət dəstəyidir. 
Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon artıb. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir”, - deyə o vurğulayıb.
 
Prezident qeyd edib ki, neft və qaz çox iş yeri yaratmır: “Buna görə də həmişə təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə baxmalıyıq. Biz islahatlar keçirdik və bu islahatlar əhali tərəfindən müsbət qəbul olunub. Onlar ağrılı islahatlar olmadı. Çünki bəzən radikal islahatlar edəndə, ilk mərhələ ağrılı olur. Bizim dövlət dəstəyinə ehtiyacı olanlar üçün sosial paketimiz var. Başladığımız dərin və hərtərəfli iqtisadi islahatlar siyasətini davam etdirəcəyik”. 
 
İ. Əliyev bildirib ki, Azərbaycanda sahibkarlığı dəstəkləmək üçün xüsusi fond mövcuddur. Onun sözlərinə görə, bu fond vasitəsilə son 10 ildə özəl sektora 2 milyard dollar güzəştli kredit verilib: “Azərbaycanda xüsusilə regional inkişafa xüsusi diqqət ayırmışıq. Hazırda regional inkişafla bağlı üçüncü proqram həyata keçiririk. Bu proqramın əsas şərtlərindən birincisi infrastrukturdur. Son 15 ildə kənd yolları da daxil olmaqla, 12 min kilometrdən çox yol çəkmişik”. 
 
***

"Azərbaycanda daxili təhdidlər və risklər yoxdur".
 
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışında deyib.
 
Ölkə başçısı bildirib ki, bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir: “Qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır.  
 
Azərbaycan məhz belə münasibətlər qura bilib.
 
Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil.
 
Hesab edirəm ki, qonşularının əksəriyyətindən kiçik ölkə üçün belə bir uyğun balansı tapmaq və bu qonşuluqdan fayda əldə etmək çox vacibdir. Böyük qonşu böyük bazardır. Bizim üçün ən yaxşı bazar qonşulardır. Ölkələrimiz arasında qarşılıqlı maraqlar mövcuddur. Təbii ki, bir-birimizin daxili işinə qarışmırıq. Qonşuları ilə əməkdaşlıqda praqmatik və praktik yanaşma ölkəmizin uğurunun, daxili stabilliyinin və gələcək üçün yaxşı perspektivin əsas səbəbidir”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar