Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”

“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”


Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov deyib.
 
Onun sözlərinə görə, bu dəmir yolu birbaşa dəniz sahilindən keçir, LənkəranAstara şəhərlərinin dənizə çıxışını bağlayır: “Dənizin qabarma və çəkilmə dövrləri olur. Qabarma vaxtı dəniz suyu dəmir yolunun özülünü yuyur. Düzdür, bu özül yuyulduqdan sonra yenidən təmir edilir. Amma bu vəziyyətdən çıxış yolu deyil. Dəmir yolunun Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməsi ilk növbədə dəmiryolu infrastrukturuna çox böyük töhfə olar və turizmin inkişafına, dəniz sahilinə yaxın ərazilərdə infrastrukturun genişləndirilməsinə kömək etmiş olar. İkincisi, köçürülmə dəmir yolunun səmərəli işləməsinə şərait yaradacaq. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bilirsiniz ki, Şimal-Cənub dəhlizi bir ilə istifadəyə veriləcək. Bu dəhliz istifadəyə veriləndən sonra köçürülmə çətin olacaq. Çünki, bu halda yükdaşımalar intensivləşəcək və artacaq. Buna görə hökumətdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Bu, dəmir yolunun, eləcə də LənkəranAstara şəhərlərinin inkişaf etdirilməsi baxımdan çox böyük addım olar”, - deyə Z. Əsgərov vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar