Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakıda futzal üzrə payız turniri keçirilir


PİA.AZ xəbər verir ki, 22-25 noyabr tarixlərində Bakıda baş tutan turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.

Turnirin sonunda qalib komanda və II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaqlar. Həmçinin, turnirlərdə fərqlənən “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı” və “ən məhsuldar oyunçu”ya Bakcell tərəfindən hədiyyələr təqdim ediləcək.

Bakcell 2007-ci ildən başlayaraq Federasiyasının futzal üzrə yaz, payız və 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirlərinə dəstək göstərir.

Bu turnirlərə ümumilikdə 48-60 nəfər əlil futbolçu cəlb edilir. “Bakcell”in sponsorluğu ilə ildə iki və ya üç dəfə keçirilən turnirlərdə iştirak edən komandaların hər bir üzvü idman geyimləri və ləvazimatlarla təmin olunur.

Bakcell şirkətinin dəstəyi ilə keçirilən respublikadaxili turnirlər zamanı Azərbaycan Əlillər Futbolu Federasiyası eşitməqüsurlu insanlardan  ibarət milli yığma komanda üçün seleksiya işləri də aparır. Oyunlar zamanı fərqlənən gənc futbolçular milli komandaya dəvət olunur və beynəlxalq yarışlarda iştirak edirlər.

Azərbaycan Əlillər Futbolu Federasiyası 2006-cı ildən bəri paytaxtda fəaliyyət göstərən eşitməqüsurlu əlil uşaqlar üçün 3 xüsusi internat məktəbinin şagirdləri və məzunlarından ibarət 2 yaş qrupu üzrə komandalar toplayıb və intensiv məşqlərə başlayıb. 2006-cı ilin oktyabr ayında 4 komandanın iştirakı ilə ənənəvi futzal turnirlərinin əsası qoyulub. 

Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət strategiyası vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar