Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell”dən abunəçilərinə Novruz tətili hədiyəsi


“Bakcell”dən abunəçilərinə Novruz tətili hədiyəsi – Ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Novruz bayramı tətilini başqa ölkələrdə keçirəcək abunəçilərinə “Bakcell TaxFree4U” xidmətindən yararlanmağı tövsiyə edir. Bununla onlar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) rahat formada geri ala biləcəklər.

“TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində Avropa ölkələrinə səfər edən Bakcell müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-sini geri almaq üçün xüsusi mobil əlavədən istifadə etməlidirlər. “Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac yoxdur. Həmçinin, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri ala bilirlər.

Bakcell abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər.
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavədən bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub.

“Bakcell TaxFree4U” mobil əlavəsini AppStore və ya GooglePlay vasitəsi ilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar