Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell” “Mənim saatım” adlı yeni limitsiz internet paketini təqdim edib


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti yüksəksürətli mobil internetdən faydalanmaq istəyən abunəçilər üçün “Mənim saatım” adlı innovativ internet paketi təqdim edir


“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu yeni məhsul sayəsində abunəçi gün ərzində bir dəfə 60 dəqiqəlik bir müddət seçə və həmin vaxt üçün cəmi 50 qəpik ödəməklə, internetdən limitsiz istifadə edə bilər.
 
Paketdən gündə yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər yararlanmaq mümkündür. Paketi aktivləşdirmək üçün *570*50#YES kodunu yığmaq lazımdır.
 
“Ədalətli istifadə” siyasətinə əsasən digər cihazların “Wi-Fi Hotspot” vasitəsilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil. Paketin vaxtı bitdikdən sonra abunəçi öz balansındakı digər İnternet paketindən və ya abunə olduğu tarifə uyğun İnternet trafikindən istifadə edə bilər.
 
Qeyd edək ki, “Bakcell” şirkəti internet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkəti tərəfindən Azərbaycanda “ən sürətli mobil şəbəkə” mükafatına layiq görülüb. Bundan əlavə, “Bakcell” “Instagram”, “WhatsApp”, “YouTube” və “Facebook” istifadəçiləri üçün eksklüziv internet paketləri təqdim edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar