Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell“ uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir


"Bakcell" şirkəti, Azərbaycanın Təhsil Nazirliyi və "British Council Azerbaijan" "TOPs Proqramı - Şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi" model layihəsinə dəstək verir


"İnkişaf Naminə İdman" İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi hədəf Bakı Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən, 3 ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Bu metodun tətbiqi eyni zamanda, təhsil müəssisələrində təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edir.
 
Layihənin ilkin model fazası 2015-ci ilin 31 may tarixinədək davam edəcək və bu mərhələdə yalnız Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində həyata keçiriləcək.
 
Layihədən nəticəsində fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdiriləcək və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanacaq. Eyni zamanda 3000 nəfərdən artıq uşaq və valideynin sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında roluna dair məlumatlılığı artacaq.
 
"Bakcell Starts" Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə "Bakcell" şirkəti uşaqlar üçün yeni imkanlar yaradan bir sıra layihələrə dəstək verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar