Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bahalaşma davam edəcək, inhisar qiymətlərin enməsinə imkan vermir”


“Bu ilin sonuna qədər ərzaq məhsullarının bahalaşması davam edəcək, daha sonra bəzi malların qiyməti enəcək. Konkret hansı malların bahalaşacağını demək çətindir. Amma orta hesabla bahalaşma 10 faiz təşkil edəcək”


Bu sözləri ekspert Nəriman Ağayev “Exo” qəzetinə müsahibəsində deyib.

Ekspert qeyd edib ki, fevral ayının əvvəlində Azərbaycanda dollar ucuzlaşsa da, bu, qiymətlərin aşağı düşməsi ilə nəticələnməyib. N.Ağayevə görə, bunun səbəbləri var: “İnhisar qiymətlərin enməsinə imkan vermir. Bu gün Azərbaycanda rəsmən liberal iqtisadiyyat mövcuddur, bu səbəbdən dövlət qiymətə müdaxilə etmir. Amma gerçəkdə belə deyil”.

N.Ağayev hesab edir ki, bundan sonra dollar dəyər qazandıqca, qiymətlər də yüksələcək: “İndi isə bahalaşma davam edəcək. Çörək və ya çörək məmulatları bahalaşmayıb. Amma çəkiləri azalıb, bununla belə bu sahədə də qiymət artımı dalğası olacaq”. N.Ağayev vurğulayır ki, ay ərzində ətin, yağın, süd məhsullarının, meyvə və bostan bitkilərinin qiymətləri bahalaşıb. Son günlər paytaxtda mal əti 11-12 manata satılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar