Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bacımı oğlanla əl-ələ görəndə dözmədim...”


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Hacıyev Hacıbaba Rəhim oğlunun məhkəmə prosesi davam etdirilib


PİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Hacıbaba Hacıyev bu il fevralın 24-də Bakı şəhəri 18 saylı peşə məktəbində təhsil alan bacısı Reyhan Hacıyevanı evə aparmaq üçün “Azadlıq” metrostansiyasının qarşısına gələrkən onu tanımadığı, sonradan adını bildiyi Pərviz Abdullayevlə əl-ələ tutduğunu görüb.

Pərvizdən bacısını haradan tanıdığını soruşduqda o, Reyhanla bir qrupda oxuduğunu, evlənmək istədiyini və fikrinin ciddi olduğunu açıqlayıb. Amma H.Hacıyev Pərvizin dediklərinə inanmayıb. Çünki bacısının ərindən boşanması və yaşca Pərvizdən böyük olması bu münasibətin qeyri-səmimi olması ilə bağlı onda şübhə yaradıb. Odur ki, Pərvizin telefon nömrəsini alaraq iki saatdan sonra ailə üzvlərindən biri ilə görüşə gəlməsini tələb edib.

Təxminən saat 17:00 radələrində Pərvizə zəng vurub harada görüşə biləcəkləri ilə maraqlandıqda Pərviz ona böyüklərindən heç kimlə gələ bilməyəcəyini deyib. Bir daha bacısına qarşı ciddi niyyətdə olmadığını yəqin edən H.Hacıyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evdən bıçaq götürərək Nəsimi rayonu, Cavadxan küçəsi, 38 saylı binanın qarşısına gəlib. Pərvizin görüşə valideynsiz gəldiyini görərək bıçaqla ona zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Törətdiyi cinayət əməlinə görə H.Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən H.Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

“Bacımı dərsdən evə həmişə atam aparıb-gətirirdi. Atam Qubaya getdiyinə görə həmin gün Reyhanı dərsə mən apardım. Dərsdən gətirməyə gedəndə bacımı bir oğlanla əl-ələ görəndə gözlərimə inanmadım. Həmişə ona demişdim ki, heç kimə inanma.

Yaxınlaşdım, oğlanın qolundan tutub kənara çəkdim, kim olduğunu soruşdum. Dedi ki, ciddiyəm, bacınla evlənmək istəyirəm, bu barədə ailə üzvlərimə də demişəm. Sonra əvvəllər dayısı qızı ilə nişanlı olduğunu, amma nişanı qaytardığını bildirdi.

Onun bacıma pis niyyətlə yaxınlaşmasından, Reyhanı aldada biləcəyindən şübhələnirdim. Bu səbəbdən “əgər doğrudan da ciddisənsə, iki saatdan sonra valideynlərindən birini götür gəl” gədim və Reyhanı götürüb getdim. Yolda bacıma dedim ki, öz dayısı qızına yaxın durmayan sənə necə sahib çıxacaq.

İki saatdan sonra Pərvizlə əlaqə saxlayıb harada olduğunu soruşdum. O, telefonda ailə üzvlərindən heç kimlə gələ bilməyəcəyini dedi. Pərvizin bacımla gün keçirmək istədiyini, onunla evlənmək niyyətində olmadığını yəqin edib cəzalandırmaq qərarına gəldim.

“Memar Əcəmi” metrosunun yaxınlığındakı qəzet köşkünün yanında onunla görüşdüm. Söhbət əsnasında əslində Pərvizin bacımla gün keçirdiyi, onunla evlənmək istəmədiyi qənaətinə gəldim. Onun söhbəti və hərəkətləri məni özümdən çıxardığından bıçaqla qarnına zərbələr endirdim. Köynəyinin ürək hissəsi qan idi. Yazığım gəldi. Kömək etmək istədim. Yolun kənarına aparanda bir nəfər “Pərviz” deyə qışqırdı. Dostu idi. Onunla köməkləşib Pərvizi taksiyə qoyub xəstəxanaya apardıq. Xəstəxanaya gələndə sağ idi. Sonra gördüm ki, rəngi ağarır. Həkim ona baxıb artıq keçindiyini dedi.

Pərvizi vurmağımın səbəbi bacımı aldatmağı olub. Onu öldürmək istəmirdim, sizin balanız ölüb, amma mən hər gün ölüb-dirilirəm”.

Qeyd edək ki, ötən məhkəmə prosesləri zamanı tərəflər arasında mübahisə və münaqişə yaranmışdı. Hər iki tərəf bu faciənin baş verməsində bir-birlərini ittiham etmişdilər.

Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən İranə Abdullayeva orta məktəbdə müəllimə işlədiyini, həyat yoldaşını 2000-ci ildə avtoqəzada itirdiyini, üç azyaşlı övladını min bir əziyyətlə böyütdüyünü dedi:

“Pərviz evin həm oğlu, həm də atası idi. Kompüter mütəxəssisi idi, işləyirdi, ayda 400-500 manat pul alırdı. Həm də liseydə oxuyurdu. Sonradan oğlumun liseydə Reyhan adlı bir qızla münasibətinin olduğunu öyrəndim. Dəfələrlə bunun qarşısını almağa çalışsam da Reyhan oğlumdan əl çəkmirdi. Bu barədə liseydəki müəllimələrdən biri mənə məlumat vermişdi.

Liseyə getdim, qızı tapıb dedim ki, niyə mənim oğluma zəng vurursan, oğlum sənin əlindən telefonu söndürür, əl çək Pərvizdən.

Bizə oğlumun ölümü barədə dostu Elşad məlumat verdi. Hacıbaba onu metronun yanına çağırıb, taksidən düşən kimi bıçaqla vurub öldürüb. Bu qız neçə ildir ərindən ayrılıb. Axı 23 yaşında oğlanın yanında nə gəzirdi? Hacıbaba öz bacısını niyə sorğu-sual etmirdi? Bacısını çöldə qoyub, indi özü içəridə yatır".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar