Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Babəklə Koroğlu Azərbaycan xalqının qəhrəmanları olmayıb“


ADP sədri: “Onlar Azərbaycan dövlətçiliyinə qarşı vuruşan adamlar olublar”


ADP sədri Sərdar Cəlaloğlu 1937.az saytına müsahibəsində fəlsəfi fikirlərlə yanaşı, Azərbaycanın tanınmış şəxsiyyətləri barədə olduqca amansız fikirlər səsləndirib.ADP sədri Azərbaycanın dahi şairi Məhəmməd Füzuli haqqında deyib ki, onun elə fikirləri var bizim üçün ziyanlıdır: “Biz yaradıcı adamlara həmişə büt kimi baxmışıq. Onları tənqid eləməyə qorxmuşuq. Füzuli gözəl şeir yazıb və onun bütün fikirlərini də olduğu kimi qəbul eləmişik. Amma bilməmişik ki, Füzulidə elə fikirlər var ki, bizim üçün ziyanlıdır və zərərlidir. 

Yəni biz Füzulinin o fikirlərini qəbul eləməli deyilik. Çünki o fikirlər bizi çaşdırır, bizi düzgün tərbiyə eləmir. Biz Füzulinin içindəki zəhərləri neçə yüz illərdir içirik. Konkret bir misal çəkim. Ərəbcə yazılmış ”Mətləül-etiqad" əsəri Füzulinin fəlsəfi fikirlərindən ibarətdir. Orda Füzuli yazır ki, guya Peyğəmbər sirr elmini öyrənin deyib. Mən də sirr elmini öyrəndim - əl-kimya, astrologiya, terekuriya... Və bunların əsasında da şərh eləməyə başladım. Mən o əsərdə görürəm ki, Füzuli kafir düşüncəsinə gəlib çıxır. Falesdən yazır. Deyir, Fales sofistdir. Sofist nə deməkdir? Yəni bir yalanı o qədər gözəl və dəqiq danışır ki, mən ona inanıram, altındakı yalanı görmürəm. Məsələn, Fales deyir dünya sudan əmələ gəlib. Füzuli gör nə qədər yanlışlığa gəlib çıxır. “Mətləül-etiqad”da deyir ki, Qurani-Kərimin filan ayəsində yazılıb ki, Allahın taxtı və yer-göy suyun üstündədir. 

Bu o deməkdir ki, Faleslə Füzulinin sözü üst-üstə düşür. Mən demirəm, Quran yalandır. Sadəcə, Füzuli yanlışdır. Axı Quranda elə bir məsələ  yoxdur ki, Peyğəmbər desin, sirr elmini öyrənin. Əksinə, Peyğəmbər deyir ki, sirr elmindən uzaq durun. Onlar iblisin elmləridir. Tutalım, astrologiyanı götürək: ulduzlara bax gör sabah mənim əlimə nə gələcək, ovsunla, filankəsi bağla, filan oğlanın bəxtini aç, seks belə gəldi, seks belə getdi, fal, yuxu, nə bilim, zir-zibil... Bunlar həm dünyəvi, həm də İlahi elmə zidd olan şeylərdir".
Daha sonra S.Cəlaloğlu Azərbaycanın xalq qəhrəmanı Babək və Koroğlu haqqında amansız fikirlər işlədir: “Azərbaycan ensiklopediyasına bax gör Koroğlu kimdir? Koroğlu Səfəvilərə qarşı mübarizə aparan türkmən-monqol mənşəli qrupun nümayəndəsi olub. Və dəhşətlisi budur ki, Koroğlunun Azərbaycan variantı olmayıb. Çünki Koroğlu dastanında olan hadisələrin hamısı Azərbaycan dövlətçiliyinə qarşıdır. Və mənim xalqıma qarşı vuruşan bir adamı gətirib mənə qəhrəman eləyiblər. Yadelli qüvvələrə qarşı vuruşan adam qəhrəman ola bilər? Öz xalqının varlısına-kasıbına qarşı vuruşan adam qəhrəman deyil. Babək kimdir? Onun adı Babokdur. Babok Hasan. Gör Babok hansı xalqa məxsus addır. Pakistan. Babək nə vaxtdan qəhrəman olub?”

Qeyd edək ki, Azərbaycanda tarixi şəxsiyyətlər haqqında qanunun qəbulu bu yaxınlarda təklif edilib. Belə bir qanunun qəbul edilməsi bir sıra qadağaları nəzərdə tutacaq ki, məsələn, Sərdar Cəlaloğlu Məhəmməd Füzuli, Babək, Koroğlu haqqında işlətdiyi fikirlərə görə məsuliyyət daşıya bilər. Sərdar Cəlaloğlu isə bizimlə söhbətində bildirdi ki, birincisi, dünyada heç bir ensiklopediyada tarixi şəxsiyyət anlayışına rast gəlinmir, ikincisi, heç kimi təhqir etməyib: “Tarixi şəxsiyyət anlayışı elmi anlayış deyil. Var tarix və şəxsiyyət, amma tarixi şəxsiyyət deyilən bir məfhum yoxdur. İnsanların hamısının tarixdə rolu var, birinin az, birinin çox. Çox olanlar tarixdə şəxsiyyətlər kimi tanınırlar. Sovet düşüncə tərzindən irəli gələn, Kommunist Partiyasının icad elədiyi anlayışlardan biri də tarixi şəxsiyyət ifadəsidir. Müasir dünyada bunu heç kəs qəbul eləmir. Belə bir anlayış olmadığına görə də bunun əsasında da heç bir hüquq, qanun meydana çıxa bilməz. İkincisi, mən heç bir şəxsiyyəti təhqir eləməmişəm və eləmək fikrim yoxdur. Mən 1937.az saytına həmin  müsahibəmdə də heç kimi təhqirə yol verməmişəm. 

Görünür, jurnalist bir az da maraqlı olsun deyə, fikrimi bir qədər fərqli, özünün başa düşdüyü şəkildə təqdim edib. Mən izah eləmişəm ki, Məhəmməd Füzulinin qeyri-müəyyənliyə düşməsinin səbəbi nədir. Füzulinin yaşadığı dövr Qərbdə və Şərqdə elmin, mədəniyyətin gerilədiyi, xurafatın önə çıxdığı dövr idi. Xurafat deyəndə mən bir neçə paralogiyanın-əlkimyanın, astrologiyanın dəbdə olduğunu nəzərdə tuturam. Həqiqi elm və dini biliklər sıxışdırılmışdı və onların yerini qeyd etdiyim cəfəng elmlər tutmuşdu. Özünü bilikli adam hesab edənlər də bu bilikləri mənimsəməyə cəhd edirdilər. Mən Məhəmməd Füzulinin də adını bu zaman misal olaraq çəkmişəm ki, Füzuli də bilikli adam olaraq həmin cəfəng elmləri də öyrənməyə cəhd edib. Mən bildirmişəm ki, Məhəmməd Füzuli ofsun elmi olan əl-kimyanı öyrəndiyi üçün Quranın özünə də əl-kimya kimi yanaşıb. Mən sübut eləmişəm ki, əl-kimya ilə Qurana yanaşanda insanlar necə yanılır. Lakin mən Füzulini kafir adlandırmamışam”.



Koroğlu və Babəklə bağlı işlətdiyi fikirlərə gəlincə, Sərdar Cəlaloğlu vurğuladı ki, mövqeyində haqlıdır, çünki bu məsələni dövlətçilik məsələsi hesab edir: “Mən hesab edirəm ki, sovet hökumətinin vaxtında Azərbaycanda həyata keçirilən sosial kodlaşdırma dəyişdirilməlidir. Çünki biz neçə ki, sovet kodları ilə insanları tərbiyə edirik, bizim adamlarımız sovet adamı olaraq qalacaq. Elə sosial kodlar tətbiq olunmalıdır ki, insanlar tamamilə başqa ruhda tərbiyə olunsun. Babəkin mənsub olduğu təriqət xalis Azərbaycan türkünün təriqəti deyil. O təriqətdə farslar da, pakistanlılar da, hindistanlılar da olub. Həmin təriqətin 4-5 üsyanı olub. Onun birinə azərbaycanlılara Babək kimi təqdim edilən Babok başçılıq edib. Baboku ruslar qəsdən Azərbaycan tarixinin bir elementinə çeviriblər və İslama qarşı vuruşan azərbaycanlı kimi təbliğ ediblər. Azərbaycan türkcəsində Babok adında söz yoxdur. Babok puştu adıdır və bu adam özü heç vaxt Bəzz qalasından aşağı düşməyib. Babək-Babok heç bir dövlətin də başçısı olmayıb. O, Bəzz qalasından cəmi bir dəfə kənara çıxıb, onda da məğlub olub. Bəzz, Əlincə, Çənlibel kimi qalaların alınmazlığı da oradakı adamların qəhrəmanlığı ilə bağlı deyildi. Qalalar elə yerdə tikilib ki, o dövrdə onu tutmaq asan deyildi”. 

Koroğluya gəlincə, ADP sədri ensiklopediyaya əsaslanaraq qeyd etdi ki, Koroğlu Hülakilərin, Cəlairlərin Səfəvilər hakimiyyətinə qarşı apardığı partizan hərəkatının başında duran adam olub. Bu adam həyatda yaşamış şəxsdir: “Səfəvilər Azərbaycan dövləti idi. Koroğlu isə Səfəvilərə, yəni Azərbaycan dövlətçiliyinə qarşı vuruşan birisi olub. Böyük qeyri-adi qəhrəmanlığı da olmayıb. Sovet dövründə Koroğlunu əfsanələşdirib onun haqqında olan-olmaz uydurmalar yaradıb xalq dastanı ediblər. Dastanın 11 variantının içində yalnız Azərbaycan variantında Koroğlu türk sultanlarına qarşı döyüşən qəhrəman kimi göstərilib. Gürcülərin variantında isə Koroğlunun Şah Abbasa qarşı vuruşduğu göstərilir. Özbək, qazax, türk, erməni və digər variantlarda isə ”Koroğlu" Səfəvilərə qarşı mübarizə aparan hərəkat haqqında dastandır. Mən bunları dilə gətirirəmsə, bunu tariximizi insanların yanlış öyrənməkdən əl çəkməsi üçün edirəm, Babəki, Koroğlunu təhqir etmək məqsədi güdmürəm. 

Mən tarixi faktlara əsaslanıb deyirəm ki, Babəklə Koroğlu Azərbaycan xalqının qəhrəmanları olmayıblar. Onlar Azərbaycan dövlətçiliyinə qarşı vuruşan adamlar olublar. Müasir dövrdə biz o adamları xalqa qəhrəman kimi təqdim eləməliyik ki, o adamlar Azərbaycan xalqının düşmənlərinə qarşı mübarizə aparıblar. Bu gün bizim düşmənimiz erməni-rus birliyidir. Tariximizdə də erməni-rus işğalına qarşı mübarizə aparan kifayət qədər qəhrəmanlarımız var. Məhz onları təbliğ eləmək lazımdır. Mən konseptual şəkildə Azərbaycan vətəndaşının şüurunun formalaşdırılması məsələsini qoymuşam. Bunu çatdırmaq istəyirəm ki, xalq öz həqiqi ideallarını, qəhrəmanlarını tanımalıdır. Mən yeni müstəqil dövlətin kodlaşdırma siyasətinin həyata keçirilməsini zəruri hesab edirəm və əski kodlardan imtinanı vacib sayıram. Mən bunları çatdırmaq istəyirəm, nə Babəklə, nə Koroğlu ilə düşmənçiliyim yoxdur".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar