Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra


Almaniyanın “BMW” avtomobil şirkətinə Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək planları barədə konkret məlumat lazımdır


Azərtac BBC mediaşirkətinə istinadla xəbər verir ki, “BMW” avtomobil şirkətinin direktorlar şurasının üzvü, Birləşmiş Krallıqda satış üzrə məsul Yan Robertson “Brexit” məsələsinin gələcəkdə konsernə təsirinə dair fikirlərini bölüşüb. O deyib: “Əgər yaxın bir neçə ay ərzində biz bu məsələyə aydınlıq gətirməsək, o halda ehtiyat variantlara hazırlığa başlamalıyıq. Bu isə Böyük Britaniyada rəqabətqabiliyyətliliyin azalması deməkdir”.

Robertsonun sözlərinə görə, “Brexit” mövzusu mühüm əhəmiyyət kəsb edir. Çünki bu, “BMW” üçün mənfi nəticə verə bilər. Xüsusilə də ona görə ki, konsern “bizə lazım olmayacaq konstruksiyaların, ehtimal ki, istifadə etməyəcəyimiz anbarların da yaradılmasına investisiya qoyur”, – deyə Y.Robertson bildirib.

“BMW” şirkəti Böyük Britaniyada “Mini” və “Rolls Royce” markalı avtomobillər istehsal edir. Konsernin zavodlarında səkkiz minə yaxın insan işləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar