Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BDU-nun adı olduğu kimi qalsən, amma …” – Təhsil eksperti


Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı Məmməd Əmin Rəsulzadənin adının bu təhsil müəssisəsinə qaytarılmasıyla bağlı mövzunu yenidən gündəmə gətirib. Lakin bu müzakirələrə qoşulanlar arasında BDU-ya başqa tarixi şəxsiyyətlərin adlarının verilməsini təklif edənlər də var


Məsələn, sabiq millət vəkili Alqış Musayev mövzu ilə bağlı “AzPolitika.info”-ya açıqlamasında BDU-ya Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adının verilməsinin daha məqsədəmüvafiq ola biləcəyini söyləyib.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev isə bununla bağlı fərqli düşüncədədir. Təhsil eksperti universitetlərimizə kiminsə adını verməklə bağlı deyil, onların səviyyəsini yüksəltmək istiqamətində müzakirələr açmağı zəruri sayır: “Dünyanın inkişaf etmiş ölkələrinin universitetlərinin tam əksəriyyəti kiminsə adını daşımır. Məsələn, dünyanın birinci universiteti sayılan Harvard Universiteti (1636-cı ildə yaradılıb) mesenat və filantrop Con Harvardın şərəfinə adlandırılıb. Kitabxanasının və əmlakının bir hissəsini universitetə bağışladığına görə… Dünyanın 2-ci universiteti sayılan Massaçusets Texnologiya İnstitutunun yaradıcısı professor Uilyam Rodjersdir. Lakin Rodjersin adı bu böyük instituta qoyulmyıb. Dünyanın 6-cı universiteti sayılan Oksford universitetinin yaranmasının dəqiq tarixi məlum deyil. Lakin bu ali məktəbdə dərslər 1096-cı ildə başlanıb.

İndi təsəvvür edin: Bu ali məkəblərə “Dövlət” sözünü əlavə etsəydilər necə olardı. Harvard Dövlət Universiteti, yaxud Oksford Dövlət Universiteti. Universitet yaradıcılarının ağlına belə şey gəlməzdi. Məncə yavaş-yavaş Universitetlərin adından “Dövlət ” sözünü götürmək lazımdır. Bunun üzərində düşünmək lazımdır. Biz özəl ali məktəbləri ödənişli təhsilə görə Dövlət ali məkəblərindən fərqləndiririk. Lakin dövlət universitetlərində ödənişli təhsil 80 faizə yaxındır. Özəl ali məkəblərə daxil olmaq üçün abituriyentlərə dövlət sifarişli yerlərin seçiminə imkan verilir. Böyük şəxsiyyətlərin adına tədqiqat universitetləri, yaxud mərkəzləri yaratmaq olar. Məsələn, Nazarbayev Universiteti tipli universitet tədqiqat universiteti statusunda çıxış edir və böyük reytinq qazanıb. Universitetlərin adları qarşısında kiminsə adının olması dövrü başa çatıb. İndi sadə adda reytinqli universitet formalaşadırmaq və inkişaf etdirmək dövrüdür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar