Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərkörpü” 3-4 aydır fəhlələrin maaşını vermir - Şikayət


“Azərkörpü” Açıq tipli Səhmdar Cəmiyyəti (ASC) işçilərinin əmək haqlarını vermir


Şirkət artıq 3-4 aydır ki, fəhlələrin əmək haqqlarını gecikdirir.

Bu barədə modern.az saytına adıçəkilən ASC-də  işləyən fəhlələr məlumat veriblər.

Onlar qeyd ediblər ki, “Azərkörpü” ASC Bakıda, eləcə də müxtəlif rayonlarda körpülər, kanallar tikir və burada minlərlə fəhlə işləyir.

“Artıq 3-4 aydır maaşımız verilmir. Soruşduqda isə bunu heç nə ilə izah etmirlər və qeyd edilir ki, xoşunuz gəlmirsə işləməyin. Biz də ailə dolandırırıq. Gözümüzü bu maaşa dikmişik. 1-2 ay gözlədik ki, bəlkə verilər. Amma heç nə deyilmir”,-deyə fəhlələr bildiriblər.

Şikayətçilər qeyd edib  ki, fəhlələrin bir qrupu yaxın zamanlarda şirkət binasının qarşısında kiçik aksiya keçiriblər və onların əmək haqları dərhal verilib.

“Aylıq maaşımız 600-700 manatdır. Hardasa 5000-6000 işçi var. Belə bir hadisə əvvəllər də olmuşdu, onda 1 ay sonra bütün əməkhaqqı verilmişdi. Amma indi bir xəbər yoxdur”.

Qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, “Azərkörpü” ASC-dən direktorun hazırda iclasda olduğu bildirildi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar