Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəristilik” əhalini necə aldadır?- Donan bakılılar və 135 milyon



Azərbaycan qış havası vaxtından əvvəl hiss olunsa da, qış mövsumuna keçidin isə dəqiq tarixi var


 Əgər noyabrın ilk günləri havalar çox soyuq keçsə də, buna dözməlisiniz. 

Soyuqdan “qırılsanız” da, mütləq noyabrın 15-ni gözləmək məcburiyyətindəsiniz. 

Çünki Nazirlər Kabineti həmin gün “Azəristiliktəchizat” ASC-yə istiliyi təmin etməklə bağlı əmr verir. Nəhayət, ayın 15-i gəldi. Bu gün isə 24 noyabrdır, az qala üstündən 10 gün keçməsinə baxmayaraq, hələ də istiliyimiz yoxdur. Havalar da xeyli soyuyub. Proqnozlara görə, bu gecə Bakıda havanın temperaturunun gecə 4-6, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. 

Azəristiliktəchizat” qışa yaydan bəri hazır olduğunu desə də...

Paytaxtın nəzərdə tutulmuş ərazilərini isti qazanxanalarla təmin etməyə borcu olan “Azəristiliktəchizat” ASC isə qışa hazır olduğunu yaydan açıqlasa da, reallıq isə bunun əksini göstərir. Baxmayaraq ki, “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mətbuata açıqlamasında noyabr ayının 15-dən etibarən paytaxtda bütün qazanxanaların işə salınacağını demişdi.

Sitat: 

“2014-2015-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar idarə tərəfindən yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xəttinin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəz edilməsi, sosial obyektlərin aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlərin icrası davam etdirilib. Bununla əlaqədar olaraq növbəti istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib.

Belə ki, qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, qazanlarda istismarın etibarlılığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib. 


Bundan başqa 2014-cü ilin investisiya proqramı çərçivəsində “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 370 müxtəlif tipli layihələr həyata keçirilib. Bu layihələrin icrası olaraq 9 yeni qazanxana tikilib,15 qazanxana müasir tipli avadanlıqlarla təmin olunaraq yenidən qurulmuş, 8 obyektdə modul tipli və kaskad tipli istilik mənbəyi yaradılmış, 7 istilik məntəqəsi yenidən qurulmaqla qazanxanaya çevrilmiş, qazanxanaların qazlaşdırılması ilə əlaqədar 48 layihə icra olunmuş, 4 məktəbin, 3 uşaq bağçasının, 3 səhiyyə müəssisəsinin və 4 digər sosial obyektin aşağı paylayıcı və binadaxili istilik sistemləri, 270 yaşayış binasının aşağı paylayıcı istilik sistemləri yenidən qurulub.

Bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Qaynar xətt” istifadəyə verilib ki, bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaq”.

Nəzərə alsaq ki, sözügedən Qaynar xətt də bəzən məşğul olur, bəzən isə zəngə heç kim çavab vermir.

Açıqlamadan belə görünür ki, evlərimizin istiliklə təchiz olunmasında heç bir problem olmamalıdır. 

Təəssüflər olsun ki, deyilənlər nəticə etibarilə reallaşmayıb. 

Bakının bütün rayonlarından şikayət var...

Qafqazinfo”ya bir neçə gündür ki, paytaxtın ayrı-ayrı ərazilərində istiliyin hələ də olmaması ilə bağlı çoxsaylı şikayətlər daxil olur. 

Ünvanların bir neçəsini təqdim edirik:

Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 11, 

Yasamal rayonu, Hüseyn Cavid prospekti,

Binəqədi rayonu . E.Ağayev ev 120, 

Nərimanov rayonu,

Xırdalan şəhəri ,

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, bina 24, blok 1 ,

Səbail rayonu,Bayıl qəsəbəsi, E.Hüseynzadə küç,ev 8,

Bakıxanov qəsəbəsi,

Nəsimi rayonu, 20 yanvar küçəsi, 

Sahil qəsəbəsi, M.Seyidov 1 

Teymur Əliyev küçəsi, 

Naxçivani və Rəşid Behbudov küçəsi,

Sabunçu rayonu, Balaxanı qəsəbəsi, II Mədən küçəsi. 

Rəsulzadə qəsəbəsi (Vorovski) Musabəyov küçəsi, ev 4

Xətai rayonu Gəncə prospekti 95

Qeyd edək ki, yazının həcmini nəzərə alaraq ünvanların bir neçəsini qeyd etmirik. 

135 milyonu hara xərcləyiblər?

Bu qədər ərazidə problem varsa, o zaman “Azəristiliktəchizat” ASC qışa hazır olduğunu necə deyə bilər? Halbuki qışa hazırlıq prosesi mövsümdən əvvəl həyata keçirilməlidir.

Bu işləri reallaşdırmaq isə çətin məsələ deyil. Belə ki, 2005- ci ildə yaradılan quruma dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb.

Belə ki, 2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. Onun 10,3 milyonu Bakı şəhərində qazanxanalarda, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sistemlərinin təmir-bərpasına, 

10 milyon manatı isə "2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş təchizatın yaxşılaşdırılması tədbirlərinə, 4,7 milyon manatı Xətai rayonu, Əhmədli yaşayış məntəqələrində 10 ədəd istilik paylayıcı məntəqələrin yenidən qurularaq məhəllə qazanxanalarına çevrilməsinə xərclənib. 

135 milyon vəsait heç də az məbləğ deyil. Bu gün paytaxtda soyuq hava olmasına rəğmən sakinlər hələ də istilik üzünə həsrət qalıbsa, deməli, bu quruma ayrılan pullar göyə sovrulur. Belə olan halda Nazirlər Kabineti, əlaqədar qurumlar hara baxır? Cəmi 6 ay yəni, noyabrın 15-dən aprelin 15- nə kimi 3500 binanı istiliklə təmin edə bilməyən bu qurum nə işlə məşğuldur?

Prezident tapşırıq verdi, “Azəristiliktəchizat” isə əhalini aldadır...

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev çıxışlarının birində “Azəristiliktəchizat” ASC-lə ilə bağlı bunları deyib

"Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq”.

Bundan əlavə, ölkə başçısı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edərkən isə bunları demişdi:

“İnsanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır. Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”. Əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir”.

Nəzərinizə çatdıraq ki, hər dəfə problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət edəndə onlar hər şeyin yaxşı olduğunu, bütün qazanxanların işə salındığını bildirirlər.

Azəristiliktəchizat” günahı “Azəriqaz”da görür

Bir neçə gün əvvəl “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev problemin onlarla bağlı deyil, “Azəriqaz”dan asılı olduğunu bildirmişdi. 

Belə çıxır ki, qurum işinin öhdəsindən 100 faiz gəlib. Əgər eviniz hələ də isinməyibsə, səbəbini başqa yerdə axtarın.

Ümumiyyətlə, Azərbaycanda dövlət müəssisələrinin öz problemlərini başqa bir qurumun üstünə atması dəb halına çevrilib. Sanki bunu deməklə özlərini məsuliyyətdən azad etmiş olurlar. 

O zaman haqlı olaraq vətəndaşları bir sual düşündürür. Biz dərdimizi kimə deməliyik? Hələ də istiliyimiz yoxdursa, bu quruma ayrılan 135 milyon manat hara xərclənib? Maraqlıdır….

Soyuqdan donan sakinləri isə bəhanələr yox, real nəticə düşündürür

Problemlə əlaqədar “Qafqazinfo” yenidən “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri şöbəsinin rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, Bakıda nəzərdə tutulmuş 3500 binanın hamısı istiliklə təchiz olunub: “Ola bilər ki, problem kiminsə mənzili ilə bağlı ola bilər.” Azəristiliktəchizat”la bağlı problem qalmayıb. Kimin problemi varsa, quruma müraciət etsin, onun evini fərdi araşdıraq. “Azəriqaz”da öz problemini demək olar ki, aradan qaldırıb”.

Bu məqamda cənab Əliyevin diqqətinə çatdırırıq elə “Qafqazinfo”nun əməkdaşlarından bir neçəsi sözügedən istiliklə bağlı problem yaranan ünvanlarda yaşayır, təkcə bir evdə deyil, bütün binada istiliyin olmadığının elə bu gün də şahidi olublar.

Yeri gəlmişkən, “Azəristiliktəchizat”ın Gəncə prospektində tikdirdiyi qazanxanada olduq, qazanxanada qaz olmaya-olmaya necə qurum iddia edir ki, bütün problem həll olunub?

Azəriqaz” İB nin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev isə problemin onlarla əlaqəsinin olmadığını nəzərə çatdırıb.

“”Azəristiliktəchizat” ASC deyir ki,mən “Azəriqaz”dan qaz ala bilmirəm? Bu mümkün deyil. Bizə müraciət olunan qazanxananın qazla təmin olunması üçün aidiyyatı qurumlar tərəfindən müvafiq sənədlər “Azəriqaz” İB-nə təqdim olunmalıdır. Əgər bütün sənədlər məsələn, qazanxananın qazlaşdırılmasına dair layihə smeta sənədləri, texniki icra sənədləri, qaz sayğaclarının quraşdırılmasına dair akt, məsul şəxsin təyin oluması haqqında əmr, qazanxananın tüstü-bacası haqqında arayış və. s bu kimi sənədlər qaydasında olarsa və qazanxanaya normativ texniki və təhlükəsizlik tərəflərinə cavab verərsə, o zaman baxış keçirməklə qazanxananın qazla təmin olunması ən qısa müddət ərzində “Azəriqaz” İB tərəfindən təmin olunur. Biz “Azəristiliktəchizat” ASC tərəfindən müraciət olunan qazanxanaları istiliklə təmin etmişik”. (qafqazinfo.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar