Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq” şimal regionunda elektrik şəbəkələrini yenidən qurur

“Azərişıq” ASC ölkənin bütün bölgələrində həyata keçirdiyi tikinti, yenidənqurma və bərpa işlərini Şimal regionunda da davam etdirir


İstismar müddətini başa vurmuş yarımstansiyalar, transformator məntəqələri, hava elektrik verilişi xətləri yenidən qurulur. Texniki itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində  həyata keçirilən tikinti-yenidənqurma işləri 2018-ci ildə də davam etdirilir.
 
Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, 2018-ci ilin birinci rübündə Xızı rayonunun ərazisində 35 kV-luq “Baxışlı” yarımstansiyasının tikintisi yekunlaşaraq Yaşma kəndi ərazisində 2 km uzunluğunda yeni 20 kV-luq “Su anbarı” hava xətti çəkilib. Hazırda Su anbarını qidalandırmaq üçün 20/0,4 kV-luq yarımstansiyanın tikintisinə başlanılıb.  
 
Quba rayonunda 35 kV-luq “Mirzəqışlaq” yarımstansiyası tikilib və 4,2 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Hazırda Quba rayonunun Barlı və Vəl-Vələ kəndlərində yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılır və onların ətrafı Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) yenidən qurulur. 

Siyəzən rayonunun mərkəzində 35 kV-luq yeni yarımstansiya inşa edilib və 4 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib.Rayonun Altıağac hava xəttində 35 kV-luq dayaqların bir hissəsi dəyişdirilib,Yaşma ərazisində 35 kV-luq yüksək gərginlikli  elektrik dayaqları yenilənib.
 
Xaçmaz rayonunun Köhnə Xudat və Qobuqırağı kəndlərində hal-hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq naqillər ÖİN (SİP) kabellərlə əvəzlənir. Yeni KTM-lərin qurlaşdırılması və aşağı gərginlikli hava elektrik verilişi xətlərinin yenidənqurulması işləri Qusar rayonunun Balaqusar kəndində və Şabran rayonunun mərkəzində də həyata keçirilir.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar