Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərışıq” narazılara cavab verdi


Tanrıverdi Mustafayev: “Elektriklə evi qızdıranların xərci təbii ki, çox olacaq”


Son günlər sosial şəbəkələrdə elektrik enerjisindən sərfiyyatın həddindən artıq baha olması və bildirişlərin yanlış hesablanması ilə bağlı paylaşımlar artıb.

 Az qala hər kəs “Azərişıq” haqqında mənfi rəy yazır, bu qurumu yanlış hesablama aparmaqda qınayır. Həmçinin Tarif Şurasının qərarına etiraz edənlər də var. 

“Yeni Müsavat”a açıqlamasında “Azərişıq” haqqında deyilənlərə cavab verən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirişlərdə heç bir yanlışlığa yol verilmədiyini vurğulayıb: ““Azərişıq” olaraq biz daxil olan zənglərə, müraciətlərin hamısına diqqətlə yanaşırıq və məsələni aydınlaşdırmağa çalışırıq. Sosial şəbəkədən əlavə mənə də zənglər olur. Biz onların problemini aydınlaşdırdıq, tam dəqiq şəkildə izah etdik ki, 300 kv/s-a qədər olan sərfiyyat köhnə tariflə, qalanı isə yeni tariflə hesablanıb toplanır. Sadəcə, abonentlərimizdə elə təəssürat yaranıb ki, yeni tariflər yanvar ayının 1-dən qüvvəyə minir. Halbuki Tarif Şurası dekabr ayının 1-dən etibarən yeni tariflərin tətbiq edilməsinə qərar verib. Hazırda əsas narahatlıq bundan ibarətdir. Biz mütəmadi olaraq həm müraciət edən abonentlərə, həm də sosial şəbəkədə müraciət edənlərə izahat veririk". 

Tanrıverdi Mustafayev onu da bildirdi ki, kimin problemi varsa, fərdi qaydada müraciət edə bilər: “Əmin olsun ki, problem operativ qaydada həllini tapacaq. Əməkdaşlarımızı mənzillərə qədər göndəririk. Elektrik hesabatını sistem özü çıxarır, 1 qəpik belə yanlışlığa yol verilə bilməz. Bizə müraciət edənlərin hər birinə aydınlıq gətirəndən sonra məlum olur ki, bizim əməkdaşlar düzgün hesablayıblar. Heç bir yanlışlığa yol verilməyib. Sayğaclarda hər hansı problemin olması mümkün deyil. Kimdə problem varsa, biz sayğacı dəyişdirə də bilərik, rəqəmlərin oxunmasında problem varsa, onu həll edirik. Abonentlərimiz çəkinmədən bizə müraciət etsinlər. 

Bu aydan etibarən artıq heç bir anlaşılmazlıq qalmayacaq, mübahisəli durum yaşanmayacaq. Çünki dekabr ayının 1-dən etibarən oxunan sayğaclarda heç bir problem olmayacaq. 
Ötən ay yeni kommunal xidmət açıldı və artıq bütün sayğacların quraşdırılması həmin kommunal xidmət vasitəsilə həyata keçiriləcək. 

Məcburi köçkünlərdə isə güzəştli olaraq verilən 150 kv/s , yəni 10 manat 50 qəpik avtomatik olaraq sistem tərəfindən silinir. Yerdə qalan məbləğ abonentə göndərilir". 

T.Mustafayev abonentləri elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırdı: “Tariflər qalxdığı üçün abonent daha çox ödəməli olur. Xərcin az olmağını istəyirsə bəzi məsələlərdə qənaət etməlidir.  Köhnə tariflər üçün qoyulan limit - 300 kv/s böyük bir rəqəmdir. Bu gün elə elektrik lampaları var ki, 6 vattla işləyir, 100 vattlıq lampa ilə eyni dərəcədə işıq saçır, ancaq 6 vatt istifadə edir. Buraya soyuducunu, paltaryuyan maşını, qabyuyan maşını, televizoru, işıqlandırmanı da əlavə etsək, aylıq sərfiyyat 300 kv/s-nı keçə bilməz.  Ancaq mənzildə digər istilik sistemləri yoxdursa, abonent elektrik enerjisini istilik enerjisinə çevirirsə, bu artıq normativ ehtiyacdan çıxır. Əvvəl insanlar 6 qəpikdən ödəyərkən bu xərci o qədər böyük hesab etmirdilər. Sonra qiymətlər artdı və 7 qəpik oldu, indi isə 11 qəpikdir.  O səbəbdən gələn bildirişlər əvvəlkindən çox yüksəkdir. Bu səbəbdən istehlakçı öz xərclərinə nəzarət etməlidir. Ölkədəki abonentlərin 80 faizinin elektrik sərfiyyatı ayda 300 v/s-ı keçmir. 6 vattla evi işıqlandıran lampa varsa, 100 vattlıq lampadan istifadə edən abonent təbii ki, qənaət edə bilməyəcək. Evi radiatorla qızdıranların elektrik sərfiyyatının çox olması da normaldır. Radiator gündə 10 saat işləyəndə 25 kv/s edir, bunu 30 günə vuranda 750 kv/s edir. Elektriklə ev qızdırılırsa, xərci təbii ki, çox olacaq. İstilik üçün mərkəzi istilik sistemindən və ya kombidən istifadə olunması xərclərə qənaət üçün çox önəmlidir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar