Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” sahibkarın yarım milyonunu iki ildir niyə vermir?

Faiz Əliyev: «Salyanın 3 kəndinin qazlaşdırmasını həyata keçirmişik, amma pulumuzu verməkdən imtina edirlər»


«Azəriqaz» İstehsalat Birliyi ilə sahibkar arasında prloblem yaranıb. Problemə səbəb «Azəriqaz»ın verdiyi sifarişi yerinə yetirən iş adamının pulunun ödənilməməsidir. 

JAM.AZ-a açıqlama verə niş adamı Faiz Əliyev bildirib ki, 2013-cü ilin fevralından oktyabr ayına qədər «Azəriqaz» İB-də «AZFİN» MMC-nin subpodratçısı kimi işləyiblər. Aldıqları sifarişin ümumi məbləği 573 min manat olub. Bu pulun 20 min manatı isə qaz sayğaclarının quraşdırılması üçün nəzərdə tutulub. 

İş adamı qeyd edir ki, o, subpodratçı kimi Salyan rayonunun Boranıkənd, Dayıkənd və Seyidlər kəndlərinin qaz çəkilişini evlər də daxil olmaqla tam həyata keçirib. «Amma mənə nəzərdə tutulan pulun yalnız 120 min manatı ödənilib. O da hissə-hissə verilib. Yerdə qalan 453 min manatı hələ də ala bilmirəm». 

Faiz Əliyev deyir ki, Salyanın 3 kəndinin qazlaşdırılması prosesini şəxsi vəsaiti hesabına həyata keçirib. «Həmin xərclər şəxsi imkanlarım hesabına çəkilib. Ən acınacaqlı hal odur ki, bu işlərin baş podratçısı olan «AZFİN» MMC-yə müraciət etsək də, bizə cavabında bildiriblər ki, «Azəriqaz» onlara pul vermədikləri üçün ödənişi həyata keçirə bilmirlər». 

İş adamı yazır ki, «Azəriqaz» İB və «AZFİN» MMC-nin ona ödəniləcək 453 min manatı verməməsi şəxsi üçün ciddi problemlər yaradıb. Faiz Əliyev JAM.AZ-a bildirib ki, iş gördüyü zaman xərclədiyi pulların bir qismini borc alıb. «İşləri yekunlaşdırmaq üçün pulun bir hissəsini borc almışam. Və borc alarkən də «Azəriqaz»la «AZFİN»in ödəyəcəklərinə ümid etmişəm. Lakin adlarını çəkdiyim hər iki şirkət pulu ödəmədikdə borclu olduğum şəxslərlə problemlərim yarandı. Nəticədə, bu gün iki şirkətin səriştəsizliyi və mənə qarşı mövqeyi şəkər xəstəliyinə tutulmağıma və hipertoniyadan əziyyət çəkməyimə gətirib çıxarıb».

Faiz Əliyev sonda Prezident İlham Əliyevə müraciət edərək, ondan kömək istəyib. Sahibkar ölkədə iş adamları üçün münbit şəraitin yaradıldığını qeyd edərək, dövlət başçısının iş adamları ilə əlaqəli son çıxışının da bir çoxları üçün dərs olmadığını vurğulayıb. «Cənab Prezident, mən Sizə güvənir və inanıram ki, qısa müddətdə məsələ ilə bağlı tədbir görüb, mənə çatacaq vəsaitin ödənilməsi üçün göstəriş verəcəksiniz». 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar