Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərenerji” ASC İrana elektrik enerjisi satacaq

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində “Azərenerji” ASC ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti TAVANİR arasında elektrik enerjisinin alğı-satqısı üzrə müqavilə imzalanıb. Müqavilə şərtlərinə görə, rəsmi Bakı Tehrana 180 mVt civarında elektrik enerjisi satacaq


İranla bağlanan enerji anlaşmasını şərh edən “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı Axar.az-a açıqlamasında deyib ki, bu, Azərbaycanda aparılan uğurlu enerji siyasətinin tərkib hissəsidir:

“Müqavilə şərtlərinə görə, Azərbaycan tərəfi İrana 160±20 MVt elektrik enerjisi satacaq. Bildiyiniz kimi, “Şimal-2” elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir və bu, ölkəmizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Bağlanan müqavilə də ölkəmizdə aparılan uğurlu enerji siyasətinin bariz göstəricisidir. Məhz bir neçə gün öncə cənab prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında verdiyi tövsiyələrdən biri də enerji ixracının genişləndirilməsi ilə bağlı idi”.

Xatırladaq ki, ötən il ərzində "Azərenerji"nin elektrik enerjisi ixracından dövlət büdəcsinə 50 mln. ABŞ dollarından çox vəsait daxil olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar