Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlı biznesmenlər zəng vurub dedilər ki...”


"Recep İvedik" filmləri ilə məşhurlaşan aktyor Şahan Gökbahar yeni filmindən danışıb


Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor bu barədə müsahibə verib:

- "Recep İvedik 5" istədiyiniz reytinqi verdi?

- İlk dəfədir ki, bir filmin treyleri bu qədər izlənilir. Axşam yüklədik, səhər baxdığımızda 3 milyondan çox izlənilmişdi. Bu da bəyənildiyinin göstəricisidir. "Youtube"dakı səhifəmin abunə sayı 100 mindən 250 minə qədər yüksəlib. 1 milyonu keçəndə heykəlimi qoymalarını gözləyirəm.

- Treylerdən gələn gəlir nə qədərdir?

- Təxminən 4 min dollardır. Getdikcə daha da artır.

- Bundan sonra hansı filmi çəkəcəksiniz? Yeni fikirlər var?

- "Celal ile Ceren"in ikinci hissəsini çəkmək istəyirik. "Recep İvedik"in növbəti seriyası üçün də hekayəmiz var. Afrikaya yollanan "Recep"in bir qəbilə ilə macərasından bəhs edəcək və ya uzaq şərqdə yakudzalarla mübarizə aparacaq.

- Azərbaycanlı boksçu ilə bağlı səhnəni filmdən niyə çıxartdınız?

- O səhnə tamamilə azərbaycanlı qardaşlarımıza salam göndərmək məqsədilə çəkilmişdi. Treylerdən sonra həmin səhnə ilə filmi qaralamaq istəyən qüvvələr meydana çıxdı. Bizə qarşı qaralama kampaniyası aparmaq istədilər, amma mən onların oyununu pozdum. Pisniyyətli insanlara o həzzi yaşatmaq istəmədim. Həmin səhnənin filmdən çıxarılması ümumi mövzuya təsir etmədi. Azərbaycanlı biznesmenlər zəng vurub dedilər ki, "O səhnəni filmdən çıxartma, azərbaycanlıların belə bir tələbi yoxdur". Amma pisniyyətlilərin oyununu pozmalı idim.

Qeyd edək ki, aktyorun bir müddət öncə yeni filmi təqdim olunmuş və oradakı azərbaycanlı boksçu ilə bağlı səhnələrə sərt reaksiya verilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar