Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanla Türkiyə arasında əlaqələr ən yüksək səviyyədədir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb


Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Görüşdə İsmayıl Qəhrəman Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirib. Türkiyə parlamentinin sədri dövlət başçısı İlham Əliyevin prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq deyib: “Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”.

Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirib. Dövlət başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.“Report”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar