Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın qürur duyduğu tarixi var” - ABŞ səfiri


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iqamətgahında İftar süfrəsi təşkil edib


ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, mərasimdə çıxış edən səfir R. Sekuta bildirib ki, müsəlman təqviminin ən müqəddəs ayı olan Ramazan ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və xeyriyyəçilik üçün bir vaxtdır.

"İslam dininin Birləşmiş Ştatlarda uzun tarixçəsi var və Amerika prezidentləri tarix boyu İslam ənənələrinə dərin hörmət göstəriblər. 1805-ci ildə Tomas Cefferson Birləşmiş Ştatlarda ilk müsəlman səfiri olan Tunisin səfiri üçün iftar süfrəsi açmışdı. Bu iftar 200 il öncə bizim dövlətimizin beynəlxalq aləmdə ilk addımlarını atdığı vaxta təsadüf edib. O vaxtdan bəri iftar süfrələri açmaq Birləşmiş Ştatlarda bir ənənəyə çevrilib. Prezidentlər, Dövlət Katibləri, həmçinin bizim xaricdə fəaliyyət göstərən missiyalarımız hörmət və birlik əlaməti olaraq hər il iftar süfrələri açırlar", - deyə diplomat bidlirib.

R. Sekuta qeyd edib ki, iftar süfrəsi islamın birliyini, islamın qardaşlıq və sülhə verdiyi önəmi vurğulayır: "Birləşmiş Ştatlarda dünyanın bütün müxtəlif yerlərindən gələn milyonlarla müsəlman yaşayır. Bunu müqəddəs Ramazan ayının qeyd olunması zamanı Amerika müsəlmanlarının nümayiş etdirdiyi ənənələrdən, onların hazırladıqları yeməklərdən də başa düşmək olar. ABŞ-da çoxsaylı müsəlmanların Ramazan ayını qeyd etməsini, həmçinin, bu yaxında "Nyu York Times" qəzetində dərc olunan bir neçə məqalədən də başa düşmək olar. Məqalələrdə iftar süfrəsi zamanı verilən Qərbi Afrika, Pakistan, Fars, Orta Şərqdən və digər ölkələrdən olan yeməklər barədə məlumat verilib. İftar vaxtı müxtəlif insanlar müxtəlifliyi ilə seçilən ənənələrini nümayiş etdirir, fərqli yeməklər hazırlayır, lakin bütün insanlar Ramazan ayının əsas dəyərini anlayaraq onu aralarında paylaşırlar".

Diplomat Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi olduğunu vurğulayıb: "Lakin tolerantlıq özü-özündən yaranmır, biz ona fəal və davamlı şəkildə təkan verməliyik. Biz uşaqlarımız da daxil olmaqla, ənənələrimizi digər insanlara göstərməliyik. Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəyidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir.

Dünyada müxtəlif fikir ayrılıqlarına baxmayaraq, hamımızın bir ailənin üzvü olduğunu unutmamalıyıq. Müqəddəs Ramazan ayı dinimizdən asılı olmayaraq, bizi birləşdirən sülh, şəfqət və halallıq ideyaların yenidən təsdiqlənməsi üçün bir vaxtdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar