Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın multikulturalizm modeli bütün dünya üçün bir nümunədir”


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mari-Luiz Koleyro Preka ilə görüşüb


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Mari-Luiz Koleyro Preka 2016-cı ilin may ayında Bakıda keçirilən BMT-nin Sivilzasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycana etdiyi səfərini xatırlayaraq, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin təsadüf olmadığını vurğulayıb.

O, bunun Azərbaycanın dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndirib.

Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm modelinin bütün dünya üçün bir nümunə olduğunu qeyd edən Mari-Luiz Koleyro Preka həmçinin 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.

Prezident Azərbaycan və Malta arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib və əməkdaşlığın daha da irəlilədilməsi üçün yeni sahələrin müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətini qeyd edərək, bunun xalqlararası təmasların gücləndirilməsinə xidmət göstərdiyini və iki ölkəni daha yaxından tanımağa imkan yaratdığını deyib.

Mari-Luiz Koleyro Preka Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının Malta tərərfindən dəstəkləndiyini və bu əməkdşalığın regional sabitlik üçün önəmli olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Maltaya səfərindən məmnunluğunu ifadə edərək, səfər çərçivəsində keçirdiyi görüşlərin çox məhsuldar olduğunu qeyd edib. O, ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Avropa İttifaqına sədrliyini nəzərə alaraq, AzərbaycanAvropa İttifaqı arasında ələqlərin irəlilədilməsində Maltanın rolunu qeyd edib və Avropa İttifaqı ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barəsində məlumat veriB. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasəm Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıB.

Sonda E.Məmmədyarov Prezident Sarayının xatirə kitabına ürək sözlərini yazıb.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar