Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın hava əlaqəsi olduğu şəhərlərin sayı 100-ə çatdırılacaq”


Samir Şərifov: “Azərbaycanın hava əlaqəsi olduğu şəhərlərin sayı 100-ə çatdırılacaq”


Azərbaycanın hava əlaqəsi olduğu şəhərlərin sayı 100-ə çatdırılacaq.

Bunu noyabrın 15-də Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında “Bakı Expo 2025”in təqdimatı zamanı Azərbaycanın maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov deyib.

S.Şərifov qeyd edib ki, Bakı “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər kimi insan kapitalının inkişafı mövzusu ilə çıxış edir. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlərdən danışan nazir bildirib ki, Azərbaycanın əsas zənginliyi 10 milyon vətəndaşıdır. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan Qlobal Rəqabətlilik İndeksinə görə 137 ölkə arasında 35-ci yeri tutub. Ölkəmizin daim inkişafda olduğunu vurğulayan S.Şərifov Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın hazırda 50 böyük şəhərlə hava əlaqəsinin olduğunu və 2025-ci ilə qədər bu rəqəmin 100-ə çatdırılacağını bildirib.

Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri qeyd edib ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq. Bu sərgi bəşəri müxtəlifliyi təmin edəcək və bütün millətlərə iştirak etmək imkanı yaradacaq. Bu təşəbbüsün cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini deyən S.Şərifov vurğulayıb ki, 20 mindən çox könüllü “Expo 2025” sərgisində əsas gücümüz olacaq. Avropa və Asiyanın kəsişməsində yerləşən Bakı qədim sivilizasiyanın beşiyidir, dünyəvi və çoxmillətli şəhərdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar