Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın ərazi bütövlüyü Türkiyənin strateji hədəflərindən biridir“


“Çox istərdik ki, Avropa da işğaldakı torpaqlarımızla bağlı ədalətli mövqe tutsun”


PİA.AZ moderator.az-a istinadən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının Milli Məclisin bugünki iclasındakı çıxışını sinxron təqdim edir:

“Bu gün imzalanan qaz kontraktından bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram və düşünürəm ki, bu, ölkə prezidenti İlham Əliyevin söykənmiş olduğu neft strategiyasının reallaşmasında imza atdığı uğurlardan biridir və bu müqavilə Azərbaycana həm iqtisadi, həm də siyasi dividentlər gətirəcək, buna qətiyyən şübhə yoxdur. Mən çox arzulayardım və istəyərdim ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Sahdəniz-2 layihəsinin oynayacağı rolun adekvat cavabı Avropa ölkələri tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsində, başqa sözlə desək, ədalətin bərpa olunmasında düzgün mövqe tutmaları ilə nəticələnsin. Çox arzu edərdik ki, bu istəyimiz də reallaşsın.

İkinci toxunacağım məsələ Türkiyənin xarici işlər nazirinin İrəvana etdiyi səfər ətrafında Azərbaycan cəmiyyətində və mətbuatında yaranmış ziddiyyətli fikirlərə münasibət bildirməkdir. Düşünmürəm ki, Türkiyə hökumət başçısı Ərdoğanın Milli Məclisdə bütün millət vəkillərinin önündə dünyaya, Azərbaycan və Türkiyə cəmiyyətlərinə vermiş olduğu vədin üstündən xətt çəkmək arzusunda olsun. Belə bir şeyi gözləmək əlbəttə ki, sadəlöhvlük olardı.

Çünki baş nazir Ərdoğanın dediyi söz Türkiyə dövlətinin sözüdür. Ona görə də şübhə etmirəm ki, Türkiyə apardığı bütün diplomatiyada Azərbaycanın mənafe və maraqlarını birmənalı şəkildə müdafiə edəcək. Türkiyə 2007-ci ildən başlayan futbol diplomatiyasının 2008-ci ilə qədər davam edən son dərəcədə böhranlı anlarında Azərbaycan prezidentinin iradəsinin ciddi şəkildə ortada olduğundan, eyni zamanda Surix protokoluna Azərbaycan və Türkiyə cəmiyyətinin yumruq kimi birləşərək göstərdikləri müqavimətin fərqindədirlər.

İnanıram ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş dövlət kimi bütün məsələlərdə atdıqları addımlarda bir-birinin maraqlarını müdafiə edəcək. Unutmaq olmaz ki, Azərbaycanın ərazi bütövlüyü həm də Türkiyənin strateji hədəflərindən biridir və bu türk torpaqlarının bir hissəsidir. Türkiyə isə heç zaman bu torpaqların işğalda qalmasına göz yummaz.”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar