Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk”

PİA.AZ Böyük Britaniya hökumətinin ofisi Tbilisidə yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan üzrə hərbi attaşesi Devid Etelin (David Ethell) APA-ya müsahibəsini təqdim edir


- Bakıya hansı məqsədlə səfər etmiziniz? Azərbaycanda olduğunuz müddətdə nə kimi görüşlər keçirdiniz?
 
- Bakıya Tağıyev qəsəbəsindəki aviabazaya təşkil olunmuş səfərlə bağlı gəlmişəm. Səfər Müdafiə Nazirliyi tərəfindən təşkil olunmuşdu. Mənimlə yanaşı, digər səfirliklərin hərbi attaşeləri də səfərdə iştirak edirdilər.
 
- Böyük Britaniya ilə Azərbaycanda hazırda hərbi sahədə hansı layihələr həyata keçirilir? 
 
- Hazırda bizim davam edən bir sıra layihələrimiz var. Bunlar xüsusilə təhsil sahəsinə aid layihələrdir. Hazırda Birləşmiş Krallıqda treninq keçən bir sıra azərbaycanlı zabitlər var. Bununla yanaşı, ali zabitlər üçün Londonun qərbində Müdafiə Akademiyasında treninqlər təşkil olunub. Buna əlavə olaraq, biz yeni ildə azərbaycanlı zabitlər üçün ingilis dili kursları təşkil etməyi planlaşdırırıq. Bununla yanaşı, Çexiya Respublikasında sülhyaratma ilə bağlı bir sıra treninqlər keçmişik. Ötən il gördüyümüz digər işləri qeyd etmək istəyərdim. Ötən yay bizim hərbi musiqi qrupumuz Azərbaycanda səfərdə olub. “Salamanca band and Bugles Of The Rifles” qrupu burada bir sıra konsertlər təşkil etdi. Onlar Dövlət Sərhəd Xidmətinin qrupu ilə birgə də çıxış etdilər. Bu, qüvvələri musiqi ilə bir araya gətirmək sahəsində böyük imkandır. Düşünürəm ki, biz bu addımları gələcəyə daşıya bilərik. Həmçinin ötən həftə Azərbaycan dəniz donanması üçün Birləşmiş Krallıq Dəniz Donanmasından olan treninq qrupu Azərbaycana gəlib. Bu, bizim dəniz donanmalarımızın necə birlikdə işləyə biləcəyinin bariz nümunəsidir. Mən ümid edirəm ki, bu istiqamətdə gələcəkdə daha böyük işlər görə biləcəyik.
 
- Gələcəkdə nə kimi layihələrin icrası nəzərdə tutulur?
 
- Bizim regionda bir sıra menecment kurslarımız gedir. Mən bir sıra təlimçiləri və Azərbaycandan bir sıra tələbələri Tbilisiyə gətirməyə nail olmuşam. Birləşmiş Krallıqda da təşkil edə biləcəyimiz bir sıra kurslar var. Bunlar illik layihələrdir. Biz bunları təkrar edəcək və gələcək illərdə daha da təkmilləşdirməyə çalışacağıq.
 
Azərbaycanla Birləşmiş Krallıq NATO çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını necə qiymətləndirirsiniz? 
 
- Çox sevindiricidir ki, Azərbaycan NATO-nun Qətiyyətli Dəstək Missiyası layihəsində iştirak edir. Bu, çox vacib missiyadır. Mən çox şadam ki, Azərbaycan bunun öhdəsindən gəlir. Biz Azərbaycanı sülh missiyasında tərəfdaş hesab edirik. Azərbaycan Əməliyyat İmkanları Konsepsiyası (OCC) batalyonunun, helikopter qrupunun və göyərtə heyətinin hazırlanmasında iştirak edir. Bunlar əsl töhfələrdir. Biz Azərbaycanın NATO və digər beynəlxalq təşkilatlarla iş sahəsində göstərdiyi səyləri yüksək qiymətləndiririk.
 
- Azərbaycanla Böyük Britaniya arasında silahların alınması sahəsində hansısa əməkdaşlıq mövcuddurmu?
 
- Mən burada müdafiə sahəsində satış layihələri ilə məşğul olmuram, amma belə bir anlaşma yoxdur.
 
- ATƏT-ə üzv ölkələr üzərilərinə münaqişə tərəflərinə silah satmamaq barədə öhdəlik götürüblər. Lakin bu razılaşma hər zaman icra olunmur. Buna münasibətiniz necədir? 
 
- Birləşmiş Krallıq ATƏT-in silah satışının qadağan edilməsi ilə bağlı qərarlarına sadiqdir. Lakin bir daha qeyd edirəm ki, müdafiə satışları mənim vəzifə səlahiyyətlərimə daxil deyil.
 
- Bir hərbiçi olaraq Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini nə dərəcədə mümkün hesab edirsiniz? 
 
- Bu, həqiqətən çox çətin sualdır. Lakin Birləşmiş Krallıq Minsk qrupunun sülh yolu ilə həll istiqamətindəki səylərini dəstəkləyir. Biz ümid edirik ki, tezliklə buna nail olmaq mümkün olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar