Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın İntellektual Birİncisi” yeni mövsümdə oyunlara başlayır


Azərbaycan İntellektual Birincisi layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir


Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Ölkə başçısı İlham Əliyev hər zaman intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin özünü inkişaf etdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib və bundan irəli gələrək "İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə "Azərbaycanın İntellektual Birİncisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.

Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. 2017-cı ildə planlaşdırılan layihə 2 mərhələdən ibarət olacaqdır. Belə ki, hər iqtisadi rayon üzrə komandaların seçim turu keçiriləcəkdir. Bu mərhələdə 4 intellektual yarış (Xəmsə, Nə? Harada? Nə zaman?, Axtar tap, Vətəni Tanı) növü üzrə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaqlar. Hər şəhər(rayon) üzrə maksimum 1 komanda yarışda iştirak edə bilər. 9 iqtisadi rayon üzrə ümumilikdə 70 şəhər (rayon)-u əhatə edən "Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində 1000-dən artıq gəncin iştirak etməsi nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar