Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanı tərk etməyimin səbəbi Eldar Mahmudov deyil”


Tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Azərbaycana nə vaxt gəlməsindən tutmuş, şəxsi obyektlərinin olması barədə səslənən fikirlərlə bağlı Modern.az saytına müsahibə verib


PİA.AZ müsahibəni təqdim edir:

– Rüstəm müəllim, öncə ənənəvi sualla söhbətə başlamaq istəyirəm. Səhhətiniz necədir?

– Səhhətimlə bağlı onu deyə bilərəm ki, hər şey qaydasındadır. Əvvəlki illərə baxanda indi özümü gümrah və sağlam hiss edirəm.

– O zaman yaradıcılığınızın da öz axarı ilə davam etməsini demək olar.

– Əlbəttə, tez-tez kino çəkilişləri ilə bağlı Amerikaya səfər edirəm. Fransaya da gedib-gəlirəm. Kino sahəsi zövq aldığım işdir. Ona görə də bu sahə ilə bağlı görülən işlərdən yorulmuram.

– Dünyanın bir çox ölkələrinə gedirsiz, amma Azərbaycana gəlmirsiz. Belə söhbətlər var ki, arada gizlin Azərbaycana gəlirsiniz. Yaxın vaxtlarda Bakıya açıq səfər etməyi planlaşdırırsınızmı?

– Xeyr. Yaxın vaxtlarda planımda Azərbaycana gəlmək yoxdur. Gizlin gəlişim isə doğru məlumat deyil.

– Belə fikirlər də səsləndirilir ki, sizin Azərbaycanı tərk etməyinizə səbəb sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Yəni bəzi obyektlərinizi o, əlinizdən alıb.

– Bunu kimsə deyə bilməz. Məni Azərbaycandan kimsə didərgin salmayıb. Vacib informasiya yaddaşa bağlı məsələdir. Kimsə məcbur etməyib ki, “Azərbaycanı tərk elə”. Vətənimi özüm tərk etmişəm. Hazırda Azərbaycana qayıtmaq  fikrim yoxdur. Çünki bu gün Azərbaycanda yaşamaq mənim üçün çox çətindir.

– Bir vaxtlar Bakıda “İbrus” teatrınız fəaliyyət göstərirdi. İndi həmin teatrın taleyi nə yerdədir?

– Həmin teatr indi fəaliyyət göstərmir. Aktyorlara təzyiq olunduğuna görə teatr bağlanıb. “İbrus” teatrını 2001-ci ildə yaratmışam. Onu da deyim ki, həmin yer şəxsi mülküm olmayıb. Oranı icarəyə götürəndə boş yer idi. Boş yeri alıb bina tikdim və teatr qurdum. İcarə müddəti 2018-ci ilə qədər idi. Hazırda bina yerindədir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır.

– “İbrus” teatr binası ilə bağlı hər hansı borcunuz qalmayıb ki?

– Xeyr. Bir qəpik də olsa, heç kimə borcum yoxdur.

– Hətta bir ara mətbuat səhifələrində şərab zavodlarınızın olması barədə informasiyalar yer almışdı. Doğrudanmı, sizin bir neçə obyektiniz, zavod, fabrikiniz var?

-Doğru deyil. Heç zaman  zavodum, fabrikim olmayıb. Sadəcə, bir hektardan da az torpaq sahəm var. O da Şamaxı rayonunun Muğanlı kəndidədir. Həmin kənddə üzüm bağlarım var. Həmin məhsuldan özüm üçün şərab düzəldirəm.

– Amma neçə illərdir ki, Azərbaycana gəlmirsiniz. Üzüm bağlarınız tələf olmayıb ki?

– Xeyr. Üzüm bağlarım tələf olmayıb. Mən Azərbaycana gəlməsəm də ailəm, yaxınlarım bağıma nəzarət edir.

– O zaman şərab hazırlamağı bacarırsınız.

– Bacarıram. Özüm üçün xüsusi şərab hazırlamaq üçün bunu öyrənmişəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar