Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda tək partiyalı sistemə keçidlə bağlı səslənən fikirlər yanlışdır”


Azərbaycan müxalifəti hakimiyyətin onlara ciddi əngəl yaradıldığını iddia edir. Sosial dayaqları və maliyyə bazası zəif olan müxalifət yaranmış situasiyanı Azərbaycanda tək partiyalı sistemə keçidin əsasının qoyulması kimi də dəyərləndirir


YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bu fikirdədir ki, Azərbaycanda tək partiyalı siyasi modelin yaradılması iqtidarın hədəfləri sırasında yer almır. 

PİA.AZ xəbər verir ki, o, modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycandakı siyasi partiyalar, sadəcə öz fəaliyyətlərini normal qura bilmədiyindən, tək partiyalı sistemə keçidlə bağlı ittihamlar səsləndirirlər: “50-dən yuxarı partiya Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.

Bəziləri qeydiyyatdan keçməsə də, partiya şəklində fəaliyyət göstərirlər. Partiyanın özünün fəaliyyəti olmalıdır və cəmiyyətdə etimad qazanmalıdır. Türkiyədə kifayət qədər partiya var, lakin xalqın etimadını hakim Ədalət və İnkişaf Partiyası qazanıb”.  

YAP funksionerinin sözlərinə görə, Azərbaycan müxalifəti xalqın etibarını və inamını qazanmadığı üçün müxtəlif bəhanələrə əl atır. Deputat qeyd edib ki, müxalifət cəbhəsindəki partiyalar struktur islahatları aparmır: “Bununla yanaşı, mövcud ictimai-siyasi situasiyaya uyğun fəaliyyət qurmurlar. Seçkilərdə iştirak etmirlər. Qarşıdan bələdiyyə seçkisi gəlir, amma siyasi partiyalar daxilindəki qarşıdurmaları hələ yekunlaşdıra bilməyib. Halbuki, siyasi partiyalar üçün bələdiyyə seçkisində iştirak əhəmiyyətlidir”.  

S. Novruzov siyasi partiyaların passivliyini AXCP və Müsavatın timsalında dəyərləndirib:

“Parlamentdə çox sayda partiya təmsil olunur. Ona görə də tək partiyalı sistemə keçidlə bağlı səslənən fikirlər yanlışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasından sonradan bir neçə partiya yarandı. Təbii ki, belə parçalanmalar olduqca, xalqın onlara inamı da azalacaq. Müsavat Partiyasında qarşıdurmalar səngimək bilmir. Onlar işlərini öz nizamnamə və proqramlarına uyğun qurmurlar”.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar