"Qəbələ"nin futbolçusu Fİlip Ozobiç Xorvatiya mətbuatına açıqlama verib
Xorvatiyalı yarımmüdafiəçi Azərbaycan vətəndaşlığı alaraq millimizdə oynamaq ehtimalının olduğunu deyib:
"Yayda müqaviləm başa çatacaq. Komandamdan çox məmnunam. Sözləşməni artırmaq üçün danışıqlara başlamışıq. İnanıram ki, "Qəbələ"də qalacam. 5 il burda qalsam, Azərbaycan vətəndaşı olmaq və buranın yığmasında oynamaq hüququm var. Artıq 2 il burda qalmışam. 3 il də burda qalmağa etiraz etmirəm. Burada əla şərait var. Klubumuz daha çox Bakıda olur. Bakı isə mənə kiçik Dubayı xatırladır. Neft paytaxtdan çıxarılır. Bakıda "Formula 1" yarışı da keçirilir. Qəbələyə oyundan 1 gün əvvəl gedirik. "Qəbələ"nin elə şəraiti var ki, Xorvatiyada belə bir komanda yoxdur. Klubun sahibi bizə jest etdi, Bakıda qalmaq Qəbələyə nisbətən rahatdır".
Xanımı Neveslə Azərbaycanda yaşayan Ozobiç paytaxtdakı tıxacdan da bəhs edib:
"Bura asanlıqla öyrəşdik. Ancaq tıxaclar dəhşətlidir. Mən hələ belə şey görməmişdim. Sürücülər qaydalara, zolaqlara, xəttlərə əhəmiyyət vermir. Hər kəs qaydanı pozur. Bir sözlə, dəhşət. Buna görə də taksidən yararlanıram. Maşın sürə bilmərəm".
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Qəbələ"də oynayır.
(goal.az)
pia.az