Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda qızıl hələ ki bir mədəndən çıxarılır”


"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Vüqar Babayev Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:


- Hazırda "AzerGold"un fəaliyyət istiqamətləri nədən ibarətdir? 2015-ci ildən sərəncam verilib. Bəs tam olaraq nə vaxt fəaliyyətə başlamısınız?
 
- “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti  (QSC) 2015-ci ildə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis olunub. 2016-cı il may ayında təsdiq olunan nizamnamə ilə Cəmiyyətin fəaliyyət istiqamətləri bu cür müəyyən olunub: Cəmiyyətin əsas məqsədləri əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.
Ötən il iyulun 5-də Cəmiyyət dövlət qeydiyyatına alınıb və fəaliyyətə başlayıb.  

Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində (ÇFES) emal prosesi bərpa olunub. Naxçıvan və Balakəndə yerləşən filiz sahələrində ilkin tədqiqat, geoloji, geofiziki kəşfiyyat, texniki dəyərləndirmə işləri aparılır.
 
- Bu günədək nə qədər qızıl və gümüş məmulatları istehsal edə bilmisiniz?

 - “AzerGold” QSC may ayında 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni saflaşdırılması üçün İsveçrəyə göndərib və beynəlxalq birjada satılmasına nail olub. Bu ixracdan 35 milyon manata yaxın gəlir əldə edilib. Yaxın gələcəkdə daha 72 ədəd xəlitənin göndərilməsi planlaşdırılır.
 
- Xammalı əsasən haradan alırsınız? Azərbaycandakı qızıl yataqlarından faydalana bilirsinizmi?
 
- “AzerGold” QSC qızıl və gümüş istehsalı üçün lazımi xammalı - filizi ölkə ərazisində yerləşən filiz mədənlərindən əldə edəcək. Hazırda Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsindəki mədəndən çıxarılır.

- İstehsal texnologiyası ilə bağlı məlumat vermənizi istərdik.

 - Hər mədən öz xüsusiyyətinə görə fərdi yanaşma tələb edir. Bunun üçün mədənlərdə tədqiqat, geoloji, geofiziki kəşfiyyat, texniki dəyərləndirmə işləri aparılır və bu araşdırmaların əsasında emal texnologiyası müəyyən edilir. Hazırda Çovdarda filiz emalının yerüstü mərhələsi (oksid mərhələ) icra olunur və bu mərhələ üçün dünyada ən qabaqcıl üsul hesab olunan topa aşındırma ilə emal texnologiyası tətbiq olunur.  Bu texnologiya üzrə filiz qazma-partlatma, qırma-ələmə, aqlomerasiya, topa qələviləşdirmə, adsorbsiya və desorbsiya proseslərindən keçir və sonda Qızıl emalı zavodunda qızıl-gümüş tərkibli xəlitələr tökülür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar