Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda kişilər 72, qadınlar isə 78 il yaşayır”


“Dövlət Sosial Müdafiə Fondu pensiyaların 99 faizinin bankomat vasitəsilə verilməsinə nail olub. Burada məmur-vətəndaş kontaktı demək olar ki, aradan qaldırılıb”


Bu sözləri Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib.

H. Rəcəbli qeyd edib ki, DSMF-nin gəlirləri 3 milyard manatı keçib: “DSMF-yə dəstək büdcədən ildən-ilə azalır. Bu göstərir ki, fond sığorta istiqamətində fəaliyyətini artırıb. Yığım sahəsində bizim problemlərimiz var və bu sahəyə diqqət etməliyik. 2013-cü ildə DSMF-yə yığımda dövlət büdcə təşkilatları üstünlük təşkil edirdisə, indi bu rəqəm azalıb. DSMF-nin 2015-ci il üçün xərcləri əhaliyə paylanan gəlirlərdən ibarətdir. Son illər ölkədə aparılan işlər ölkədə orta ömür yaşını 74,2-yə çatdırıb. Kişilər üçün orta yaş həddi 71,6, qadınlar isə 78 il yaşayır”.

Təkcə hamiləliyə ayrılan vəsait ötən ilkindən 31 faiz çox olacaq”.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev başçılıq etdiyi qurumun 2015-ci il büdcəsi haqqında konkret məlumat verib.

Bildirib ki, DSMF-in gələn il üçün büdcə layihəsi əsas iqtisadi, sosial inkişaf və demoqrafik proqnozlar nəzərə alınmaqla tərtib olunub. Layihədə 2015-ci il üçün fondun həm gəlirləri, həm də xərcləri 3 milyard 56,3 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Nəzərə çatdırılıb ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 63,8 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. 

2015-ci ildə dövlət büdcəsindən ayırmalar barədə danışan Elman Mehdiyev dedi ki, transfertin proqnozu cari ilin göstəricisinə nisbətdə 3,7 faiz və ya 42 milyon manat azalıb. DSMF-in xərclərinin 97,8 faizi əhaliyə ödənişlər üçün nəzərdə tutulub. 

Fondun sədri pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırılması tədbirləri və digər xərclər barədə də konkret rəqəmləri diqqətə çatdırıb.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar