Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda fətullahçılar “vuruldu”” yalanının pərdəarxası və ya yerli “imamlar” kimlərdir...


Uğursuz çevriliş cəhdindən sonra Gülən təhlükəsi yenidən diqqət mərkəzindədir


Hələ 2007-ci ildə “Yeni Çağ” qəzetində yayımlanan məqalələrimin birində Gülənin ordunu ələ keçirmək istəyini “Gülənin ələ keçirə bilmədiyi tək qala: Türk Silahlı Qüvvələri” sərlöhvəsi ilə yayınlamışdım. 

Çünki o tarixə qədər Gülən ordu içinə aşağı rütbəli zabitlər yeridə bilsə də, ordunu ələ keçirməsi imkansız idi. Lakin Türk Ordusuna qarşı ardıcıl əməliyyatlarla Gülən öz yolunu açdı və 20-30 ilə keçiləcək yollar qısaldıldı və ona bağlı zabitlər “Ergenekon”, “Balyoz”, “Fuhuş” və digər əməliyyatlarla həbs edilən, ordudan uzaqlaşdırılan türk generalitetinin yerini tutmağa başladılar. Sonuc da ortadadır. Lakin sonuca keçmədən öncə “Terrorun GÜLƏN üzü” kitabımda da yayınladığım həmin bölümü diqqətinizə çatdırmaq istəyirəm:

Gülənin ala bilmədiyi tək qala:  Türk Silahlı Qüvvələri

Başda F. Gülən olmaqla fətullahçılar Türkiyədə, eləcə də digər ölkələrdə onların mövqelərinə belə ağır zərbənin vurulmasında Türkiyə Silahlı Qüvvələrini (TSQ) günahkar bilirlər. Çünki yuxarıda da bildirildiyi kimi, Türkiyədə fətullahçı qruplaşmanın sıza bilmədiyi yeganə qurum TSQ-dir. Bu gün belə demək mümkündürsə, Türkiyədə iki kəşfiyyat orqanının, daxili işlər nazirliyinə bağlı kəşfiyyat orqanı ilə, TSQ-nə bağlı kəşfiyyat orqanı arasında ciddi rəqabət və gizli mübarizə gedir.

Hələ 1999-cı idə, yəni Ədalət və İnkişaf partiyası iqtidara gəlməmişdən əvvəl fətullahçı qruplaşmanın Daxili işlər nazirliyindəki mühüm postları ələ keçirdikləri sübut olunduğunu nəzərə alsaq bunun nə dərəcədə doğru olduğunu müəyyən etmək çətin olmaz. Daxili İşlər Nazirliyi baş müfəttişi Əhməd Saraç və həmkarlarının birgə hazırladıqları 22.6.1999-cu il tarixli 99/60 sayılı təhqiqat raportunda bildirilirdi ki, nazirlik, Polis Akademiyası və Əmniyyət Genəl Müdirliyində 262 fətullahçı kadr müəyyən edib. Bunlardan 85-i nazirlikdə, 10-u isə nazirliyin istixbarat (daxili kəşfiyyat) orqanlarında mühüm vəzifələrdədirlər. Fətullahçı qruplaşmanın bu gizli kadrlaşma strategiyasından heç şübhəsiz ən çox məlumatı olan qurum TSQ-nin kəşfiyyat orqanlarıdır.

Bir müddət əvvəl Türkiyə Quru qoşunları hərbi akademiyasının direktoru general Reha Taşkəsənin bəzi telefon danışıqlarının mətbuata sızması, R. Taşkəsənin istefaya göndərilməsinə səbəb olmuşdu. Genelkurmay başqanı Y. Büyükanıta qarşı isə “Şəmdinli qalmaqalı” ilə əlaqədar cinayət işi açılmaq istənmişdi. Bu hadisələr “generalların telefonlarına kim qulaq asır?” sualını doğurmuşdu. Bu sual şübhələrin Daxili İşlər Nazirliyindəki fətullahçı kadrlara yönəlməsinə səbəb olumuşdu.

Baş nazir, açıqca bu işin bəzi dini qrupların TSQ-nin əleyhinə apardıqları iş ola biləcəyini bildirmişdi. Yaşar Büyükanıt isə cavabında, F. Gülənin casus olduğunu və TSQ-nin heç vaxt bu şəxsin fəaliyyətlərinə göz yummayacağını bildirmişdi.
(May, 2007)

Bəli, Gülənin CIA casusu olduğunu bilən və orduya yaxın buraxmayanlar bir-bir uzaqlaşdırıldılar. Nəticə: 15 iyul çevriliş cəhdi oldu.

Bəs Azərbaycanda nə baş verir?

Türkiyədə baş verənlər müzakirə edilirkən, Gülənin Azərbaycan ayağı da ciddi müzakirə mövzusuna çevrilir. Çünki Gülən Şəbəkəsinin ilk ayaq açdığı ölkə Azərbaycandır. Ayrıca, Azərbaycan həm də Gülənin Rusiya, Qazaxıstan, Qırğızıstan kimi ölkələrə “imam” ixrac etdiyi ölkədir. Gələcək yazılarımızda geniş toxunacağımız üçün indi qısa olaraq qeyd edək ki, hazırda Qazaxıstan və Rusiyada Gülənin “imam”ları məhz Azərbaycan əsillidir.

Eyni zamanda Gülən Azərbaycanda böyük biznes şəbəkəsi, məmur ordusu, təhsil müəssisələri ilə ölkənin ən zəngin insanından daha güclü durumdadır. Bu səbəbdən də, Türkiyədə çevriliş olacağı təqdirdə, Gülənin Azərbaycandan qisas alacağı, növbəti çevrilişi burada edəcəyi ehtimalı heç də gəlişigözəl söz deyil.

Gülənçilər Azərbaycanda “vuruldu”mu?

Öncəliklə, bir məsələni nəzərdə saxlamaq lazımdır ki, kim “Gülən artıq bitdi”, “Gülənmi qaldı, mübarizə aparılsın” deyirsə, o şəxs ya bu Şəbəkənin gücünün fərqində deyil, ya da kripto gülənistdir.
Çünki faktiki olaraq, Azərbaycan prezidentinin iradəsinə qarşı və gözlərdən pərdə asmaq üçün edilən bir neçə nüansı çıxmaq şərtiylə Azərbaycanda fətullahçıların “vurulduğuna” dair heç bir fakt yoxdur.
Elnur Aslanov “vuruldumu”? Bəli, Prezident Aparatındakı vəzifəsini itirdi. Fəqət bu gün də bütün biznes strukturları əlindədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki işi də heç də əvvəlki işindən azgəlirli deyil, baxmayaraq ki, iş yerində az tapılır.

Ceyhun Osmanlı mandatsız qaldı, fəqət böyük biznesə addım atdı. Qısacası, “pul varsa, hakimiyyətdəsən” düsturuna sadiq qaldı.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hələ də vəzifəsinin başındadır. Dövlətin daxili və xarici siyasətinin müəyyənləşməsində strateji rol oynayan bir qurum hələ də Elnur Aslanovun “xas” adamına əmanətdir.

Azərbaycanın bel sütunu sayılan böyük dövlət şirkətlərinin əksər qurumları, nazirliklər yenə də Fətullah Gülənin “əsgər”lərinin nəzarətindədir.

Təhsil sistemi əllərindən alındımı? Görünüşə görə, bəli! Hətta Gülən belə “məktəblərimi bağladınız” dedi. “Çağ Öyrətim”i bağlayıb, yerinə “İstək” açıldı. “Çağ Öyrətim”in baş məsləhətçisi Nazim Əkbərov bu dəfə “İstək”də eyni vəzifəni daşımağa başladı ki, bu şəxsin ilk fətullahçılardan olduğunu özləri söyləyirlər və keçmiş Azərbaycan imamı Ənvər Özərən heç bir özəl toplantısına o, olmadan qatılmırdı. İndi bu şəxsin rəhbərliyində olduğu liseylər yenə öz fəaliyyətini davam etdirir.
Hazırlıq kursları ilə bağlı “Gülənə GÜVƏNən “hazırlıq mərkəzləri” adlı yazımda geniş qeyd etmişdim. Həmin hissəni yenidən sizə təqdim etmək istəyirəm:
 
“Heç kim sual vermir ki, bir neçə il öncəsinə qədər sadəcə bir neçə hazırlıq kursu olan ölkədə “Araz” bağlandı deyə, göbələk kimi hazırlıq kursları necə çoxaldı? Və ya “Araz” kursları bağlanmasına nə üçün bu qədər səssiz-səmirsiz qaldı? Çünki minarəni oğurlayan, bəhanəsini də ona görə, hazırlayıb.

Biz sizə açıqlayaq, “Araz” kurslarının taleyi necə oldu. Kursların Bakıdakı əsas mərkəzinin binasının (A.Salamzadə küç., 28) üzərində bu gün “Bakı Asiya Universiteti” yazılır. Lakin içəri daxil olduqda, universitetlə yanaşı “Araz” kurslarının da fəaliyyətini “Ulduz” Hazırlıq Mərkəzi adı altında davam etdirdiyini görəcəksiniz. İnternet üzərindən isə tapmaq daha asandır. “Ulduz” Hazırlıq Mərkəzinin Facebook adresində (https://www.facebook.com/ulduzhazirliqmerkezi/info?tab=page_info) yazılıb: “2014-cü ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Hazırlıq Mərkəzinin məqsədi müxtəlif istiqamətlər üzrə hazırlıq keçmək istəyənlərə keyfiyyətli tədris vermək, onları düzgün istiqamətləndirməkdir”. Açması: “Araz” bağlanmadı, adını dəyişdirib, işimizə davam edirik.

Aqil ƏLƏSGƏR(yeniçağ.az)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar