Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”


“Azərbaycan hökuməti ölkənin energetika sektorunda islahatlar həyata keçirməyi planlaşdırır”


APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaç Tbilisidə keçirilən Cənubi Qafqaz Enerji Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan hökumətinin qərarı digər faktorlarla yanaşı Gürcüstanın bu istiqamətdə əldə etdikləri nailiyyətlərlə də bağlıdır: “Azərbaycan Gürcüstanda baş verən proseslərlə çox maraqlanır”.

Y.Kopaç qeyd edib ki, Türkiyə energetika sahəsində genişmiqyaslı islahatlar həyata keçirib: “Türkiyə bu sahədə Gürcüstanla daha sıx münasibətlər qurmaq istəyir. Ermənistan, İranRusiyanın enerji sistemləri arasında əlaqələr haqqında da eyni fikirləri demək olar. Bütün bu məsələlər regional əməkdaşlıq üçün yeni ideyalar yaradır”.

Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib ki, enerji bazalarına investorların daha effektiv sərmayə yatırması üçün region ölkələrinin enerji qanunvericiliyi Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmalıdır.

Nazir bildirib ki, regiondakı ölkələrin enerji bazarları böyük deyil və bu sahədə ölkələr arasında yaxşı əlaqələr olmalıdır: “Qonşu ölkələrdən asılı olaraq bizim qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı öhdəliyimiz var. Enerji cəmiyyətinin üzvü olaraq biz növbəti illərdə bazarın tam liberallaşdırılmasına gətirib çıxaracaq çox vacib islahatlar həyata keçirəcəyik”.

Qeyd edək ki, Cənubi Qafqaz Enerji Sammitində Azərbaycan, Ermənistandan olan nümayəndələrlə yanaşı beynəlxalq təşkilatlar, QHT və özəl sektor təmsilçiləri də iştirak edir. Tədbirdə Cənubi Qafqaz regionunda enerji infrastrukturunun və əlaqələrin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar