Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda elə şərait yaradılıb ki, rusiyalı özünü evindəki kimi hiss edir”


“Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin pisləşməsini istəyən düşmənlərimiz var. Ancaq biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq”


AzərTAC-ın verdiyi məlumata görə, bunu Parlamentlərarası İttifaqın 137-ci Assambleyası çərçivəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib.

Assambleyanın əhəmiyyətindən danışan rusiyalı deputat qeyd edib ki, bu cür forumlar iki ölkə arasında əlaqələrin inkişafına təkan verir: “Assambleya çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə söhbətimiz oldu, biz RusiyaAzərbaycan parlamentlərinin iki komitəsinin Bakıda keçiriləcək iclası və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sonunda Azərbaycana səfəri ilə bağlı məsələləri müzakirə etdik. Tədbirlərdə iqtisadi və humanitar, mədəni sahələrdə əlaqələrimizin inkişafı diqqət mərkəzində olacaq, təcrübə mübadiləsi aparacağıq”.

L.Kalaşnikov Azərbaycanda rus dilinə qayğı ilə yanaşılmasında prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb: “Bu yaxınlarda Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu” konfransında mədəni əlaqələrimizdən, Azərbaycanda rus dilinin inkişafına qayğıdan da danışdıq. Mən özüm yayda Azərbaycanda oldum. Çox gözəl istirahət etdim. Azərbaycanda elə bir şərait yaradılıb ki, rusiyalı orada özünü evindəki kimi hiss edir”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar