Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda baş verə biləcək bütün proseslər nəzərə alınıb” – Müsahibə


“Azərbaycanda radikal islamın hakimiyyətə gəlməsi qeyri-mümkündür”


Arzu Nağıyev: “Rusiya Federasiyasının subyektlərindən 11-i müsəlman inanclıdır. Yəni, bunların parçalanması tək iqtisadi, siyasi proseslərlə deyil, həm də milli məsələlərlə də bağlı ola bilər”.

PİA.AZ tanınmış politoloq, siyasi şərhçi, Trend İnformasiya Agentliyinin Baş direktor müavini Arzu Nağıyevlə müsahibənin BİRİNCI HİSSƏSİ-ni oxucularının diqqətinə təqdim edir:

Dosye: Arzu Nəsib oğlu Nağıyev 1963-cü ilin 27 iyul tarixində Tovuz rayonunda həkim ailəsində anadan olub. 1980-ci ildə Tovuz rayonunda orta məktəbi qızıl medalla, 1985-ci ildə Moskva İdarəetmə İnstitutunu, 1991-ci ildə isə SSRİ DTK-nın Tbilisi Ali Kurslarını fərqlənmə diplomu ilə bitirib. 1985-1989-cu illərdə tikinti trestində və komsomol təşkilаtındа işləyib.

1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub, Qarabağ müharibəsi veteranıdır. Arzu Nağıyev dünyanın bir sıra ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxlaq SCAD, CARİCC, International Intellegence Academy, Virginia Tech-TISD-OSCE, UNODC Open analist proqramlarının iştirakçısı və eksperti olub. 

Hаl-hazırda Trend İnformasiya Agentliyində Baş direktorun müavini vəzifəsində çalışır. Regional geosiyasət üzrə ekspert icmalçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir. Ailəlidir, iki övladı var.

- Arzu bəy, artq 6  ildir ki, mətbuatdasınız. Azərbaycanın ən böyük media qurumlarından birinin yetkililərindəsiniz. Azərbaycan mətbuatında sizi qanə eləməyən nədir? 

- Ümumiyyətlə, həyatda hər insanın öz prinsipi var. Düşünürəm ki, öz işini sevmək və o işdə püxtləşəcəyinə inanmaq bir insan üçün əsas amillərdən biri olmalıdır. Hər bir jurnalist ilk növbədə işini sevməlidir. Böyüklərin bir deyimi var: Xoşbəxt o insandır ki, işdən evə, evdən işə tələsir. Əgər sən doğrudan da jurnalistsənsə və jurnalist etikasını gözləyirsənsə, bu sənin üçün ən mühüm amil olmalıdır. 

Mənim xoşuma gəlməyən amillər öz işinə qarşı sədaqətsiz olmaq  və xəyanət etməkdir. Azərbaycan jurnalistikasında məni qane eləməyən məsələ qeyri-professionallığın olmasıdır. Təsəvvür edin ki, idmanı bilən adam siyasətdən yazır, siyasəti bilən adam idmandan yazır və yaxud heç birini bilməyən insan bilmədiyi məsələlərdən yazır. Mən dəfələrlə hərbi jurnalistika  məsələsini qaldırmışam və fikrimcə, çox yüksək səviyyədə ciddi olduğunu qəbul ediblər. 

Bu gün Azərbaycan dövləti müharibə şəraitində yaşayırsa və bizim sərhəd bölgələrində çalışan jurnalistlərə ehtiyacımız varsa və düzgün məlumatlar əldə edilməlidirsə, bunun üçün hərbi jurnalistika inkişaf etməlidir. Son zamanlar bu istiqamətdə mühüm addımların atıldığını hesab edirəm. Yəni,hərbir jurnalist öz işinin peşəkarı olmalıdır.

photoslide_title






















Arzu Nağıyev: “Azərbaycanda dini fanatizmin geniş şəkildə yayıldığını düşünmürəm”.


- Bəs, Azərbaycan mətbuatının hansı sferaları sizi tam qane edir və ya da belə deyək, sizcə hansı  sferalarda Azərbaycan mətbuatı üzərinə düşən missiyanı layiqncə yerinə yetirə bilir?

- Son zamanlar Azərbaycan mətbuatı öz üzərinə düşən bir sıra məsələləri 99% yerinə yetirir. Əgər  sən mətbuat olaraq mövcudsansa, dünya səviyyəsində sənə istinad olunursa və eyni zamanda sənin jurnalistlərin sənin məhsulunu digər dövlətlərə və təşkilatlara çıxara bilirsə, deməli, bu mətbuat öz üzərinə düşən missiyanın öhdəsindən gələ bilir. Əgər sən tək elita üçün yox, sıravi vətəndaşlar tərəfindən belə qəbul edilən yazılar yazırsansa, deməli, sən öz peşəni layiqincə yerinə yetirirsən. Mətbuat da belədir. İstər xarici dövlətlər, istərsə də hansısa görüşlərdə verilən ilk sual sənin maliyyəni necə qazanmağınla bağlı olur, həmçinin öz yazını dünya bazarına necə çıxarırsan və əldə edilən gəlirlə işləyən jurnalistin qonararını verirsənmi? Əgər sən ö zyazından qonarar götürə bilirsənsə, bu o deməkdir ki, öz işinin öhdəsindən gələ bilirsən.

Azərbaycan mətbuatı deyəndə  çoxsaylı saytlar, KİV və çap mediası nəzərdə tutulur. Ancaq bunların da özünəməxsus funksiyası var. Hesab edirəm ki, jurnalistlər dediyim prinsiplərlə öz yazılarını oxuculara çatdıra bilirlərsə, bu, çox mühüm amildir. 

- Aşura günü Azərbaycan məscidlərində ortaya çıxan mənzərələr sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Hesab edirsinizmi ki, Azərbaycanda dini fanatizm sürətlə yayılır və Azərbaycan dövlətçiliyi üçün təhlükəyə çevrilir?

- Azərbaycanda dini fanatizmin geniş şəkildə yayıldığını düşünmürəm. Sadəcə olaraq hər bir məsələyə yanaşma  insanın öz xasiyyətindən və aldığı tərbiyədən asılıdır. Bu gün Azərbaycan şiə və eyni zamnada sünni  inanclı müsəlman dövlətidir. Yəni, bizdə maarrifçi İslam daha böyükdür və geniş inkişaf edib. Bu gün Azərbaycanda kimsə türkyönümlü İslamın, kimsə  ərəbyönümlü İslamın, başqası isə farsyönümlü İslamın olmasını istəyir. Fikrimcə, bunların içində ən tolerantı Azərbaycanın maarifçi dindarlığıdır. İnanclı şəxslə imanlı şəxsin bir fərqi olmalıdır. Hər bir ruhani dindar sayılmır. Ümumiyyətlə, insanda vicdan deyilən məfhum varsa, onun inancı da, Allahı da, Yaradana da özünəməxsus münasibəti var. Lakin kiminsə qeyri-ənənəvi yolla özünü döyməsi və s. kimi əməllər başqa məsələdir. Burada kiminsə təsiri ola bilər. Çox şükürlər olsun ki, son vaxtlar Qafqaz Müsəlmanları İdarəsi (QİM) və Dini Komitə tərəfindən maarriflənmə işləri güclənib və bu istiqamətdə də çox müsbət addımlar atılır. Ötən illərlə müqayisədə müsbət tendensiyalar müşahidə olunur.

- Azərbaycanda 2000-ci illərin əvvələrindən həm sünni, həm də şiə radikalizmi təbliğ olunur. 2010-cu ildə Təhsil Nazirliyini qarşısında baş verə qarşıdurmanı xatırlamaq olar. Daha sonra bir sıra siyasi dindarların həbsini də misal göstərmək olar. Uzun müddət Təhlükəsizlik orqanlarında çalışan biri kimi təhlükəsizlik orqanlarının dini radikalizmə qarşı uğurlu mübarizə apardığını hesab edirsiniz?

- Əsas məsələlərdən biri dinin radikallaşmasından gedir. ABŞ-da məlum 11 sentyabr hadisəsi olmayana qədər,  Amerika kimi super güc dini radikalizmi terror təşkilatlarının yaradıcısı kimi qələmə verməyi qəbul etmirdilər. 11 senytabr hadisəsindən sonra dini radikalizmi dövlətə və milli təhlükəsizliyə təhdid kimi qəbul etdilər. Radikalizm dövlətə və dövlətçiliyə, insanlara və milli təhlükəsizliyə qarşı yönələn bir təhdiddir. Bu təhdidlərin qarşısı ən sərt yollarla alınmalıdır. Bunun qarşısı rüşeymdə almaq lazımdır. Çünki heç bir insanı hansısa inancla yaşamağa məcbur etmək olmaz. Biz dünyəviliyi qəbul etmiş, müsəlman inanclı bir dövlətik. Sünni və ya şiəlikdən istifadə edib, Azərbaycan qanuna və vətəndaşına  qarşı hansısa radikal addım atılarsa və xarici xüsusi xidmət orqanları bundan öz məqsədləri üçün istifadə edirlərsə, bu radikallığın qarşısı mütləq alınmalıdır

- Bəs, sizcə, qarşısı alınır?

- Erməni terrorizmindən başqa, son zamanlar ölkəmizdə dini radikal qruplaşmalar sayəsində baş verən terror hadisələri olmayıb. Bir sıra cəhdlər olub, amma o cəhdlərin də vaxtında qarşısı alınıb. Yəni bunun hamısı  proseslərə vaxtında nəzarət edə bilmək imkan və bacarığından gəlir.

photoslide_title
Arzu Nağıyev: “Radikalizmin qarşısını  rüşeymdə almaq lazımdır”.


- Belə bir iddia var ki, hazırda Azərbaycan hakimiyyəti üçün ənənvi müxalifət heç bir təhlükə törətmir. Əsl təhlükə məhz siyasiləşmiş islamdır. Azərbaycanda radikal islamın seçki yolu, ya da seçkidən kənar yollarla hakimiyyətə gəlmək ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycanda radikal islamın hakimiyyətə gəlməsi qeyri-mümkündür. Tarix boyu Azərbaycanda maarriflənmə islamı daha güclü olub. Baxmayaraq ki, bizim qonşu dövlətlərimizdə radikal qruplaşmalarAzərbaycanda da bir radikal islam qruplaşması yaratmağa çalışıblar. Lakin bu mümkün deyil. . Heç vaxt yol vermək olmaz ki,dövlət dinin içərisində olsun,əksinə din dövlətin içərisində olmalıdır.

- Siz indi ölkənin tanınmış politoloqlarından birisiniz. Azərbaycanın regiondakı geosiyasi durumu qaneedicidirmi? Və hesab edirsinizmi, Azərbaycan özünün geosiyasi mövqelərindən lazımınca yararlana bilir?

-Bu gün Azərbaycan öz balanslı siyasətini həyata keçirən dövlətlərdən biridir. Dünyada baş verən proseslərə baxanda anlamaq olur ki, heç bir hərbi bloka qoşulmadan, digər dövlətlərlə birgə heç bir siyasi qruplarda iştirak etmədən balanslı siyasət aparmaq çox çətindir. Mən səmimi deyirəm ki,  mövcud vəziyyətdə  super güc dövlətlərə qarşı enerji bazarında rəqabətə dözmək və Avropanın enerji təhlükəsizliyi ilə bağlı təhdidin qarşısının alınmasında iştirak etmək və eyni zamanda dünyada böyük iqtisadi və siyasi tədbirlərin keçirilməsində ev sahibliyi edə bilmək Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasətin müsbət bariz numəsidir. Heç kim buna yaxın durmaz. Təbii ki, bunun başlıca səbəbi ölkədə stabillik və sakitliyin hökm sürməsidir. 

Əgər qonşu dövlətlərimizə baxsanız, kimsə kiminsə vassalıdır. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsinin həllidir və bu istiqamətdə də atılan addımlar təqdirəlayiqdir.

- Siz Azərbaycan dövləti və xalqı üçün təhlükəni hardan görürsünüz? Qərb, Rusiya, yoxsa İran? Ümumiyyətlə, Rusiyaİranı Azərbaycan üçün yaxşı qonşu adlandırmaq olar?

- Əslində hər bir dövlətin öz təhlükəsizlik konsepsiyaları var. Hər bir ölkə hansı istiqamətdən nə cür təhlükənin gələ biləcəyini müəyyən edir. Çünki hər bir ölkə üçün iqtisadi, siyasi təhdidlər var. Bu təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Bu gün Azərbaycanda baş verə biləcək bütün proseslər nəzərə alınıb və bu istiqamətdə müvafiq addımlar atılır. 

Azərbaycan üçün təhlükənin hansı ölkədən gələcəyini isə dəqiq söyləmək olmaz. Çünki  xarici siyasətdə dost-qardaş olmur. Xarici siyasətdə sadəcə olaraq  ümumi maraqlar mövcuddur. 

- Bilirik ki, 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə etdikdən sonra dünyada həm böyük geosiyasi savaş, həm də hibrid müharibəsi gedir. Sizcə, bu geosiyasi savaşın nəticələri dünyanı necə dəyişəcək?

- Son vaxtlar baş verən hadisələr bir daha göstərir ki, hər bir supergüc dövlətlərin öz maraqları var. Ərəb dünyasına baxsaq, bu, “Orta Doğu” projesinin bir davamıdır, Cənubi Qafqaz məsələsində ABŞ-ın, Rusiyanın, Avropanın, Türkiyənin, İranın, Azərbaycanın, Gürcüstanın, hətta Ermənistanın öz maraqları var. Və çox maraqlı nüanslardan biri də NATO-Rusiya qarşıdurmasıdır. NATO-Rusiya sərhədi Ermənistan-Türkiyə sərhədi deməkdir. Bu isə bizim ölkəmizin çox yaxınlığından keçir. Yəni ki, bizim regionda da çox böyük geosiyasi proseslər gedir. 

Bu gün öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşan hər bir dövlət hərbi, siyasi və iqtisadi  istiqamətdə müvafiq addımlar  atır. Bu gün Krımın ilhaqı, Donbas hadisəsi ilə yanaşı, Abxaziya və Osetiya məsələsinə görə Rusiyaya qarşı çox böyük iqtisadi və siyasi sanksiyalar tətbiq olunur. Təbii ki, bu məsələdə Qərbin öz maraqları var, Qərb Rusiyanı  təcrid etməklə,  Qərbdən Şərqə doğru NATO-nu genişləndirməyə çalışır. Rusiya isə bunu başa düşdüyünə görə qarşısını almağa cəhdlər edir.

 Eyni zamanda unutmaq olmaz ki, Azərbaycanın  sərhədlərindən çox da uzaqda olmayan ərazilərdə böyük müharibələr gedir. Hesab edirəm ki, bu gün dövlətlərin içərisində və Cənubi Qafqazda ən stabil, iqtisadi və siyasi mövzuda öz işini layiqincə görə bilən dövlət yanlız Azərbaycandır. 

photoslide_title

























Arzu Nağıyev: “Azərbaycan üçün təhlükənin hansı ölkədən gələcəyini isə dəqiq söyləmək olmaz”.


- Arzu bəy, bəzilərinə görə Tramp kloundur. Trampı iradəli siyasətçi hesab edirsiniz? 

- Cənab Donald  Tramp prezident seçkiləri zamanı da bəyanat etmişdi ki, 16 nəfərin içində məhz namizəd kimi qeydə alınmasına özü belə inanmamışdı. Yəqin ki, ABŞ kimi bir super güc Tramp kimi siyasətçiyə ehtiyac duyduğuna və kimlərinsə prezident seçilməsinin qarşısını almaq üçün seçimi onun üzərində  qurmuşdu. Trampın seçkiqabağı verdiyi vədlərdə əsas məsələ xarici siyasətdə terrorizm, miqrant kütlələrə qarşı mübarizə və ABŞ vətəndaşlarının rifahının qaldırılmasından ibarətdir. Fikrimcə, Trampın  prezident seçilməsində rifah məsələsi ən mühüm amillərdən biri oldu.

- Dünya jandarmı rolunu oynayan və sözün bütün mənalarında dünyanın qlobal supergücü olan ABŞ-da qeyri-peşəkar siyasətçinin hakimiyyətə gəlməsi beynəlxalq siyasətdə nəyi dəyişdirdi? 

-Mən Cənab Trampın qeyri-peşəkar siyasətçi olduğunu düşünmürəm. Bu gün Trampın gözəl,öz işini bilən və peşəkar  bir komandası var. Onun tərtib etdiyi komanda keçmiş xüsusi xidmət orqanı nümayəndələrindən və siyasətdə və biznesdə  öz çəkisi olan şəxslərdən təşkil olunub. Trampın komandasını elə-belə komanda saymaq olmaz. Çünki ABŞ kimi demokratik qüvvələr olan ölkədə heç bir zaman prezident şəxs olaraq idarəçiliklə məşğul olmur. O, sadəcə olaraq istiqamət verəndir. 

- ABŞ senatoru Bob Korker bildirib ki, Tramp dünyanı üçüncü dünya müharibəsinə sürükləyir. Ümumiyyətlə, Tramp dönəmində Üçüncü Dünya Müharibəsinin baş verəcəyini gözləmək olar?

- Bu bir opponetin mülahizəsidir.Onsuz da hər yerdə müharibələr gedir. Birinci və İkinci dünya müharibəsində də regiondakı bütün ölkələr bir-biri ilə  vuruşurdu və bu gün də ərəb dünyasında gedən müharibələr Üçüncü Dünya müharibəsi sayıla bilər. Bu gün soyuq və hibrid müharibələr gedir, sadəcə olaraq rəsmi olaraq Üçüncü Dünya müharibəsi adlandırılmır. 

photoslide_title
Arzu Nağıyev: “ABŞ kimi bir supergüc Tramp kimi siyasətçiyə ehtiyac duyduğuna və kimlərinsə prezident seçilməsinin qarşısını almaq üçün seçimi onun üzərində  qurmuşdu”.


- Rusiyanın gələcəyi barədə nə deyə bilərsiniz? Bəzilərinin iddia etdiyi kimi,  Rusiya Federasiyası parçalana bilərmi?

- Əslində bu çətin sualdır. Bu gün dünyada Rusiyanı dəstəkləyən və dəstəkləməyən dövlətlər var.  Hətta Rusiyanın çöküşünə çalışan dövlətlər də var. Bundan başqa, Ruisyanın ərəb dünyası və Suriyada apardığı barışdırıcı möqve və digər anti-terror əməliyyatları çox təqdirə layiqdir. Əlbəttə, bütün bu proseslərdə təbii sərvətlərin əldə edilməsi də mühüm amildir. Lakin bu gün Rusiyanın apardığı siyasətdən kimsə narazı və ya narazı ola bilsə də, qaranlıq gələcək görünmür. Rusiyanın özündə müharibə və ya hərbi-sənaye kompleksi ,təbii  sərvətləri satmaqla məşğul olan və bundan gəlirlər əldə edən  iki qruplaşmanın mübarizə meydanına çevirilib.

İnandırıcı görünmür ki, Rusiya parçalansın. Lakin unutmaq lazım deyil ki, Rusiya Federasiyasının subyektlərindən 11-i müsəlman inanclıdır. Yəni,  bunların parçalanması tək iqtisadi, siyasi proseslərlə deyil, həm də milli məsələlərlə də bağlı ola bilər. Mən düşünürəm ki, bu haqda Rusiya prezidenti Putin də, öz aparatı ilə birlikdə dərindən düşünür və bu istiqamətdə də müvafiq addımlar atır.

- Son zamanlar müstəqillik referendumları moda minir. Şimali İraq Kürdüstanından sonra Kataloniya da müstəqillik referendumu keçirdi. İndi isə İraq sünniləri referendum keçirəcəklərini bildiriblər. Bu “azar” keçici ola bilərmi və hesab edirsinizmi ki, geosiyasi savaşın sonunda ölkələrin əraziləri dəyişsin?

Gülşən ŞƏRİF
Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar