Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan yaranmış yeni geosiyasi vəziyyətdən istifadə etməlidir”


Ayaz Mütəllibov: “Azərbaycan yaranmış yeni geosiyasi vəziyyətdən istifadə etməlidir”


Ermənistan Qərblə münasibətlərini genişləndirməklə və NATO-nun təlimlərində fəal iştirak etməklə Rusiyanı şantaj edir. Bununla Yerevan Qərbin Rusiyaya qarşı sanksiya siyasətinin özü üçün ağır nəticələrini mümkün qədər azaltmağa çalışır”, - bunu son zamanlar Rusiya-Ermənistan münasibətlərinin pozulması barədə çoxsaylı ekspert rəylərini şərh edərək virtualaz.org-a müsahibəsində Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasətindəki yeni dönüş bir daha göstərir ki, onlar üçün müqəddəs heç nə yoxdur və istənilən vaxt hətta ən yaxın müttəfiqlərini belə sata bilərlər.

Ayaz Mütəllibov qeyd edib ki, Azərbaycan yeni tarixi şansdan istifadə etməlidir: “Biz yeni geosiyasi vəziyyətdən istifadə etməli və Rusiya ilə münasibətlərimizi daha da artırmalıyıq, lakin bununla birlikdə, Ermənistanın Qərblə münasibətlərində bütün hərəkətlərini izləməliyik”.

Eks-prezident xatırladıb ki, məhz Moskvanın dəstəyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycan Qarabağ ətrafında işğal olunmuş ərazilərinin bir hissəsini düşməndən təmizləyə bilmişdi: “Çoxları məni tənqid edir ki, 1991-ci ildə SSRİ-nin qorunub saxlanması üzrə referendumun keçirilməsinə razılıq vermişdim, ermənilər isə bunu etməmişdilər. Guya geosiyasi səhvə yol vermişəm. Əslində isə, n=biz həmin vəziyyətdən mümkün olan qədər yararlandıq – “Mühasirə” əməliyyatı gözəl həyata keçirildi, nəticədə, Xanlar rayonu erməni quldur dəstələrindən büsbütün təmizləndi, Gəncənin üzərini almış təhlükə sovuşdu, Xankəndində bayrağımız dalğalanırdı və Qarabağ münaqişəsinin həllinə çox yaxın idik. Lakin Qorbaçovun məsuliyyətsiz siyasəti işi başa çatdırmağımıza mane oldu”.

Ayaz Mütəllibov əmindir ki, Ukraynanın, Gürcüstanın və Moldovanın siyasətində qərbyönümlü meyllər həmin dövlətlərin ərazi bütövlüyünün pozulmasını şərtləndirdi: “Ərazilərimizin işğaldan azad edilməsində Qərb bizim ölkələrə kömək etdimi? Xeyr. Buna görə də, Rusiya ilə münasibətlərimizi daha da möhkəmləndirməliyik. Heç kim demir ki, müstəqilliyimizdən əl çəkək – o, bizim böyük və toxunulmaz dəyərimizdir. Lakin biz hər bir vəziyyətdən siyasi dividendlər qazanmalıyıq. O ki qaldı ermənilərə, heç bir şey olan deyil – sadəcə olaraq, şantaj onların əsrlər boyu münasibətlərdə istifadə etdikləri sevimli metoddur. Son nəhayətdə anlayacaqlar ki, regionda birgə yaşayış düsturu olmadan stabil və dayanıqlı sülhə nail olmaq mümkün deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar