Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan və Böyük Britaniya möhkəm və səmərəli münasibətlər yaradıb”


“Qlobal Bakı Forumunun artıq beşinci dəfə keçirilməsi, eləcə də bu tədbirin indiki və keçmiş dünya liderlərinin yaxınlaşmasına yardım etməsi ilə əlaqədar Azərbaycanı təbrik etmək olar”


Böyük Britaniyanın Baş naziri Tereza Meyin V Qlobal Bakı Forumunun açılışında Böyük Britaniya və Şimali İrlandiya Krallığının Bakıdakı müvəqqəti işlər vəkili Stefan Makkormik tərəfindən oxunan məktubunda yazılıb.

Məktubda qeyd olunur ki, bu il Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur: "Bu müddət ərzində biz möhkəm və səmərəli münasibətlər qurmuşuq. Biz bir çox vacib məsələlərdə əməkdaşlığımızı möhkəmləndirməyə davam edirik".

Məktubda o da bildirilir ki, Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyəti təcrübə mübadiləsi və bəzi əsas problemlərdə razılığın əldə olunması üçün birləşdirir.

Qeyd edək ki, bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar