Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün beynəlxalq ictimaiyyət birləşməlidir”


PİA.AZ Bosniya-Herseqovina Rəyasətinin prezidenti Mladen İvaniçin APA-ya müsahibəsini təqdim edir


- Azərbaycan prezidenti XX Avrasiya İqtisadiyyat Zirvəsinə göndərdiyi məktubunda “ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiasından başlamış bu münaqişəni xristian-müsəlman  qarşıdurması kimi qələmə verərək qlobal qarşıdurma yaratmağa səy göstərir”, - yazıb. Ermənistanın bu məkrli cəhdi barədə siz nə demək istərdiniz?
 
- Əlbəttə ki, qarşı tərəf işğalın üstünü örtmək üçün əlindən gələni etməyə çalışır. Problemi mümkün olan variantda həll etmək lazımdır. Mümkün olan variant isə məsələni sülh yolu ilə həll etməkdir, oturub sülh müzakirələri aparmaqdır. Mən Bakıda olarkən bu barədə prezident Əliyevlə danışmışam. Azərbaycanın bu istiqamətdəki mövqeyini aydın şəkildə başa düşürəm. Məncə, danışıqları, müzakirələri davam etdirmək lazımdır, bu, ən real yoldur. Münaqişəyə fərqli rəng vermək cəhdləri ola bilər. Ancaq burada fərqli dinlər arasında münaqişənin olduğunu söyləmək mümkün deyil.


"Konfliktləri həll etmək üçün nə qədər müharibə aparılsa da, işin finalında yenə danışıqlar olur. Mən bu problemin beynəlxalq təşkilatlarda daha fəal şəkildə müzakirə edilməsinin tərəfdarıyam."

 
- Prezident Əliyevin məktubunda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün Azərbaycanın qərarlılığı vurğulanır. Bu sahədəki vəziyyəti necə dəyərləndirirsiniz?
 
- Biz bu barədə də danışmışdıq. Təbii qazın o dəhlizdən Albaniyaya, oradan İtaliyaya getməsi barədə fikir mübadiləsi aparmışdıq. Albaniyadan sonra potensialı yüksək olan xətt Monteneqrodan Bosniya-Herseqovinaya, oradan Xorvatiya və Avstriyaya keçəcək xətdir. Bu, kifayət qədər maraqlı layihədir. Xüsusən, indiki zamanda Bolqarıstandan Avropa İttifaqına getməsi planlaşdırılan “Cənub axını”nın olduğu yerdə, bu layihə daha da önəm qazanır. Biz mümkün olduğu qədər fərqli mənbələrdən qaz tədarük etməyə çalışmalıyıq. Anladığım qədər, ilk şərt bundan ibarətdir ki, Xorvatiya, Bosniya-Herseqovina və Monteneqro layihə ilə bağlı müştərək yanaşma nümayiş etdirməlidirlər. Biz birləşərək ortaq maraqlarımıza xidmət etməliyik, maraqlarımızı birlikdə həyata keçirməliyik. Məncə, bu, baş verəcək.
 
- Siz Qarabağ probleminin həlli üçün danışıqların davam etdirilməsinin tərəfdarısınız. Lakin BMT Təhlükəsizlik Şurasıın 4 qətnaməsinin heç biri həyata  keçirilməyib. Bu vəziyyətdə danışıqları davam etdirmək problemi həll edəcəkmi?
 
- Biz eyni problemlərin içindən gələn xalqlarıq. Bosniya da eyni problemi yaşamışdı. Mən buna əminəm: danışıqlara tez başlamaq gec başlamaqdan həmişə yaxşıdır. Problemi danışıqlar yoluyla həll etmək yeganə yol olmalıdır. Konfliktləri həll etmək üçün nə qədər müharibə aparılsa da, işin finalında yenə danışıqlar olur. Mən bu problemin beynəlxalq təşkilatlarda daha fəal şəkildə müzakirə edilməsinin tərəfdarıyam. Bu, əlbəttə ki, asan proses deyil. Beynəlxalq ictimaiyyət də problemin ədalətli şəkildə həll edilməsi üçün birləşməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar