Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan sülh sazişinə hazırdır”



Məmmədyarov prezidentlərin növbəti görüşündən nəticə gözləyir; ekspert: “Parisdə dərhal sülh əldə edilməyəcək, amma onun bünövrəsi Qərb tərəfindən qoyulacaq...”


Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır”

Bu fikri xarici işlər naziri Elmar Məmmədyarov AzərbaycanErmənistan prezidentlərinin Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə oktyabrın 27-də Parisdə keçiriləcək  görüşünü şərh edərkən deyib. 
Nazir həmin üçtərəfli görüşündən ciddi irəliləyiş gözlədiyini söyləyib. Onun sözlərinə görə, həmsədrlər görüşlər zamanı bir neçə məsələni əhatə edən təkliflər irəli sürüblər: “Bura qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla əlaqəli məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılması kimi məsələlər daxildir”. XİN rəhbəri Bakının danışıqlara başlamağa hazır olduğunu və Ermənistan tərəfindən cavab gözlədiklərini də söyləyib. .

Vurğulayaq ki, həmsədr ölkələr olan Fransa və ABŞ da Paris görüşündə nəticə olacağına ümidlidirlər və buna inanırlar. Ekspertlər isə obyektiv səbəblərdən ziddiyyətli mövqedədirlər. Məsələn, politoloq Vəfa Quluzadə hesab edir ki, Fransadakı görüşün əhəmiyyətini anlamaq üçün dünyadakı mövcud vəziyyəti anlamaq lazımdır (axar.az): “Bu dəqiqə Qərblə Rusiya arasında kəskin qarşıdurma gedir. Bunun nəticəsində də Moskva çökməyə doğru addımlayır. Baxın, neftin qiyməti bu gün dörd dollar aşağı düşdü. Rusiyanın ”Qazprom"u zərbə altındadır. Onun müdafiə sənayesi də təhlükə ilə üzbəüzdür. Bu fonda İlham Əliyevin Sərkisyanla görüşü çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Qarabağ məsələsinin həlli Rusiyanın çöküşündən asılıdır. Rusiya çökməyib inkişaf etsə, bu məsələ həll olunmayacaq və bütün torpaqlarımızı itirəcəyik. Bu fonda Qərb Cənubi Qafqazda təşəbbüsü öz əlinə almaq fikrindədir. Əliyevlə Sərkisyanın Paris görüşü də buna hesablanıb". 

Politoluqun qənaətincə, Parisdə Ermənistana mesaj veriləcək ki, müstəqilliyini əlinə al və qərar ver: “Müstəqil qərar isə Cənubi Qafqazda sülhə nail olmaqdır. Sülh isə Ermənistanın milli maraqlarına uyğundur. İrəvan sülhün olmadığına görə çökür. Azərbaycana gəlincə isə o öz resurslarından istifadə edərək xeyli uğurlar əldə edib. Əgər Bakı bu sülhə nail olsa, bu inkişaf daha da artacaq. Qərb Azərbaycanın arxasında dayansa və Rusiyanın mənfi təsirlərindən bizi qoruya bilsə, o zaman bu sülhə nail olacaq. Doğrudur, Parisdə dərhal sülh əldə edilməyəcək, amma onun bünövrəsi Qərb tərəfindən qoyulacaq”. 

Prezidentlərin Paris görüşü ilə bağlı hazırda fikir bildirmək çətindir. Hələ ki görüşün gündəliyi də məlum deyil”. Bu fikirləri isə aktual.az-a deputat-politoloq Rasim Musabəyov deyib. Onun fikrincə, Paris görüşündə sülh sazişi imzalanmayacaq: “Kimsə deyirsə ki, Paris görüşündə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, bu, belə deyil. Ən yaxşı halda intensiv danışıqlar raundunun başlanması ilə bağlı hansısa qərar qəbul oluna bilər. Paris görüşündə sülh sazişi imzalanmayacaq”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar