Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan sülh ölkəsidir“


ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçirilib


 Dinləmələrə sədrlik edən Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Konnektikut ştatından demokrat senator Kristofer Mörfi namizəd olan Dövlət Katibinin Enerji Resusları üzrə müavinin baş yardımçısı Robert Frensis Sekutaya ABŞ-ın Azərbaycandakı siyasəti ilə bağlı bir sıra suallar verib. Cənab Sekutaya unvanlanan suallar isə Azərbaycanda demokratik islahatlar, insan haqlarının durumu və müştərək enerji layihələri ilə bağlı olub. Diplomat ABŞ-ın Azərbaycanla bağlı siyasətində təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq və demokratik islahatların mühüm amillər olduğunu bildirib. O, səfir kimi təsdiq olunacağı təqdirdə əsas prioritetinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi olacağını bildirib. Robert Sekuta demokratik təsisatlar və proseslərin inkişafı və qanunun aliliyinin gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyni də vurğulayıb.

Robert Sekuta Azərbaycanın regionda sülh və sabitlik üçün əhəmiyyətli ölkə olduğunu və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini başlıca prioritetlərdən biri kimi göstərib.

“Sentyabrın 4-də Dövlət katibi Kerri Uelsdə NATO sammitində sülh danışıqlarında irəliyə yolu müzakirə etmək üçün prezidentlərlə görüşüb. Biz ErmənistanAzərbaycan prezidentlərinin bu mühüm addımını yüksək qiymətləndiririk və onları nizamlanmanın elementlərinin müzakirəsini davam etdirməyə çağırırıq. Səfir təyin olunacağım halda sabit iqtisadiyyata malik güclü və müasir demokratik Azərbaycanın qurulması və iki ölkə arasında münasibətin inkişafına çalışacam”. 

Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb. Onun xaricdə son təyinatları 2003-2009-cu illər arasinda Tokioda və Berlində olub. O, bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Kabildəki səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar