Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan prezidentinin çıxışı işğalçı ölkəyə, dünya ictimaiyyətinə bir çağırışdır”



“Bu gün regional və beynəlxalq əməkdaşlıqdan təcrid olunan Ermənistanda xaos, anarxiya və özbaşınalıq davam edir. İstər İrəvanda, istər bölgələrdə, istərsə də Azərbaycanın işğal altında saxlanılan ərazilərində insanlar illərdir ki, xalqı aldadan, ölkəni talayan rejimə qarşı üsyan edir, öz etirazlarını bildirirlər”


APA-nın məlumatına görə, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
 
V. Rəhimzadə deyib ki, son günlər Dağlıq Qarabağda qondarma rejimə qarşı etirazlar daha şiddətli xarakter alıb: “Sadə insanlar terrorist rejimin əməllərini açıq şəkildə bütün dünyaya car çəkirlər. Bunun nəticəsi olaraq artıq qondarma rejimin “baş naziri” istefa verib. Azərbaycanın işğal edilmiş torpaqlarında - Dağlıq Qarabağda yaşayan ermənilərin gözü deyəsən, açılıb. Təəssüf ki, onlar bunu gec başa düşüblər. İyunun 6-da prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan iftar mərasimində çıxışı zamanı bildirib ki, onun illər ərzində dediyi sözləri erməni xalqı indi deyir. Dövlət başçımız dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa edib, onları öz adları ilə çağırıb, Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırıb. Bütün bunlar həqiqətdir. İşğalçı ölkədə xalq da bu siyasi idarəçilikdən, terrordan, özbaşınalıqdan bezib”.
 
V. Rəhimzadə qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir, qlobal layihələrin təşəbbüskarı kimi yeni-yeni uğurlara imza atır. Regionda Türkiyə, Gürcüstan, İran, Rusiya və digər ölkələrlə ikitərəfli və çoxtərəfli faydalı münasibətlər daha da dərinləşir: “Ancaq Ermənistan  yenə də kənarda qalır. İşğalçılıq və terror siyasəti bu ölkəni və erməni xalqını uçuruma aparır. Prezident də son çıxışında xüsusi olaraq vurğulayıb ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, inkişaf üçün heç bir perspektiv yoxdur. Erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. Hesab edirəm ki, Azərbaycan prezidentinin çıxışı işğalçı ölkəyə, dünya ictimaiyyətinə bir çağırışdır. Həm dünya birliyi, həm də erməni xalqı bütün bunlardan nəticə çıxarmalı, işğalçıya təzyiq göstərilməli, torpaqlarımız azad edilməlidir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək. Bununla Cənubi Qafqazda sülh bərpa oluna bilər”.
 
V. Rəhimzadə Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu və bütün dünyanın da bunu bildiyini vurğulayıb: “BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal edilib. Rəsmi sənədlərdə vurğulanır ki, Ermənistan bu işğala son qoymalı, Azərbaycanın torpaqları azad edilməlidir. Təəssüf ki, işğalçı ölkə bu çağırışlara məhəl qoymur. Ölkəmizin iqtisadi, hərbi gücü, siyasi çəkisi, nüfuzu durmadan artır. Prezidentimizin qeyd etdiyi kimi, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar