Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan mövqeyində müəyyən dəyişikliklərə yer verməlidir“

Bu gün- mayın 5-də Qarabağ Azadlıq Təşkilatı (QAT) “İslam dünyası və Qarabağ: yeni çağırışlar” mövzusunda tədbir keçirib


Tədbirdə tanınmış siyasi, ictimai və dini xadimlər iştirak edirlər. Musavat.com xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Həmçinin torpaq uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.

QAT sədri Akif Nağı çıxışında bildirib ki, apreldəki hərbi əməliyyatlar bir sıra nəticələrin çıxarılması üçün vacib olub: “O cümlədən aydın oldu ki, Azərbaycan öz mövqeyində müəyyən dəyişikliklərə yer verməlidir. Birinci məqam odur ki, əməliyyatlar Azərbaycan Ordusunun gücünü göstərdi. Hamının etiraf etdiyi, düşmənlərin də etiraf etdiyi bir güc göstərdi. Azərbaycan cəmiyyətinin döyüşə hazır olduğunu göstərdi. Xalqın torpaq, vətən naminə şəhid olmağa hazır olduğunu göstərdi. Cəmiyyətdəki əhval-ruhiyyənin yüksək olduğunu göstərdi. Azərbaycan cəmiyyətində siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq hər kəsin bir hədəfə vurduğunu göstərdi. 90-cı illərdə bu, yox idi. Məğlubiyyətimizin əsas səbəbi bu idi. Ehtiyat etdiyimiz xarici siyasi amillərlə bağlı isə deyək ki, beynəxlalq birliyin sanksiyası, təzyiqi, bunların heç biri olmadı. Beynəlxalq güclər Azərbaycanın haqlı mövqeyi ilə könülsüz də olsa hesablaşmalı oldular". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar